“Qarabağ informasiya mərkəzi yaradılsın” - Sabir Rüstəmxanlıdan təklif

Dövlət imkanı daxilində şəhid ailələrinə, qazilərə böyük güzəştlər nəzərdə tutur. Mənzillə təminat, birdəfəlik yardım, şəhidlərin büstünün qoyulması və sair bu qəbildəndir. Ancaq məncə, şəhid ailələrinə ən böyük təskinlik qələbəmizdir. Biz qələbənin möhkəmləndirilməsi üçün hələ çox iş görməliyik.

Olaylar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Deputat əlavə edib ki, biz qələbə eyforiyasını yaşadığımız halda ermənilər bütün dünyada Azərbaycana qarşı informasiya işini gücləndirir: "Rusiya mediasına baxıram. Bizə atılan böhtanlara yüksək səviyyədə cavab verə bilmirik. Diaspor qurumları da aktiv olmalıdır".

S.Rüstəmxanlı təklif edib ki, Azərbaycana qarşı gücləndirilən ermənilərin informasiya savaşı ilə mübarizədə informasiya mərkəzi yaradılsın: "Mən buna ehtiyac görürəm. Bəlkə də adı Qarabağ informasiya mərkəzi ola bilər. Bu mərkəzdə anti-Azərbaycan yazılarına layiqli cavab verilə bilər". teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31