Sahibə Qafarova: “Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq”

"Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını söyləyən möhtərəm prezidentimiz hər kəsə nümunə göstərir. Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Spiker əlavə edib ki,  Azərbaycan Ordusunun zəfər yürüşünün başa çatacağı gün uzaqda deyil: "Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq. Prezidentin də dediyi kimi biz haqq mübarizəsindəyik və zəfər çalacağıq. Qarabağ Azərbaycandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31