Səfir Landtaqının prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Brandenburq federal torpağının Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüş keçirib.
6 Noyabr 2020 10:21 SiyasətAzərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Brandenburq federal torpağının Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüş keçirib.
Olaylar.az bildirir ki, səfir Həsənov və Landtaq prezidenti Ulrike Liedtke ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı həmçinin regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Səfir Həsənov Brandenburq Landtaqının qonaq kitabına imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31