“Biz sübut etdik ki, onların "guya məğlubedilməz ordusu" əfsanədir, mifdir” - Prezident İlham Əliyev
Vətən mühribəsinin 40-cı günü “Paşinyan populist çıxışlarını dayandırmalıdır. Müharibə başlayanda şou göstərdi, qadınlardan ibarət batalyonlar yaratdı, bütün məmurların döyüşə gedəcəyini söylədi. Bəs, onlar haradadır, niyə cəbhəyə getmədilər? Nikol deyir ki, kimin hərbi forması varsa, qoy onu götürüb cəbhəyə getsin. Bu nə münasibətdir?! Forma yoxdur! Silah yoxdur! Qida yoxdur! Bəs büdcə haradadır?! Bəsdir, oyanın! Sonra çox gec olacaq!”
5 Noyabr 2020 15:57 SiyasətVətən müharibəsinin 40-cı günü
"Paşinyan populist çıxışlarını dayandırmalıdır. Müharibə başlayanda şou göstərdi, qadınlardan ibarət batalyonlar yaratdı, bütün məmurların döyüşə gedəcəyini söylədi. Bəs, onlar haradadır, niyə cəbhəyə getmədilər? Nikol deyir ki, kimin hərbi forması varsa, qoy onu götürüb cəbhəyə getsin. Bu nə münasibətdir?! Forma yoxdur! Silah yoxdur! Qida yoxdur! Bəs büdcə haradadır?! Bəsdir, oyanın! Sonra çox gec olacaq!"
Bu fikirləri bir neçə gün öncə Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Qevork Petrosyan sosial media hesabından Qarabağda uğursuzluqlarını etiraf etmək məcburiyyətində qalarkən etiraf edib. O qeyd edib ki, oğlu da hərbi əməliyyatlarda iştirak edir və 20 gündür ondan heç bir xəbər yoxdur.
Həmçinin sosial şəbəkələrin erməni seqmentindən də məlum olur ki, ermənilər təşviş içindədir. Onlar Paşinyanın istefasını tələb edir, Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyanın yaydığı məlumata skeptik yanaşır və itkilərin açıqlanmamasına biganə qalmırlar. Artıq erməni xalqı məğlubiyyəti ilə barışıb və onar oğullarının heç vaxt onlara məxsus olmayan, olmayacaq torpaqlarda məhv olmasını qəbul edə bilmirlər. Davamlı olaraq sosial şəbəkə hesablarından Ermənistan hökümətinə qarşı fikirlərini səsləndirirlər. Çarəsiz qalan erməni rəsmilərinin ümidləri artıq həbsxanadakı dustaqlaradır.
"Sputnik Armenia" 28 oktyabr tarixində bildirir ki, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian 12 nəfər məhkum barəsində həbs qəti imkan tədbiri dəyişdirildiyini, daha 4 nəfərin şərti olaraq erkən azadlığa buraxıldığını qeyd edib. Erməni rəsmisi azad olunanların hamısının könüllü olaraq cəbhəyə yollanacağını təsdiqləyib və vəziyyətin həssas olduğunu nəzərə almaqla hər kəsə fərdi yanaşıldığını qeyd edib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin illərdir yaratdıqları "məğlubedilməz ordu" barədə mifi dağıdır, bu, təkcə hərbi üstünlük və qələbə deyil, həm də ideoloji müstəvidə Ermənistanı məğlub etməkdir. Paşinyan etdiyi səhvləri düzəltmək əvəzinə ölkəni tam tənəzzülə aparır. O, bütün vasitələrlə öz hakimiyyətini qorumaq üçün əlini öz xalqının da qanına batırır, ona etiraza qalxanları döyüşçü qismində zorla Qarabağda ölümə göndərir, bununla həm də ondan narazı təbəqəni təmizləyir. Artıq siyasi ölüyə çevrilən Paşinyan tarixdə Gəncə və Bərdə hadisələrinə görə "uşaq qatili" kimi qalacaq və daim lənətlənəcək. "Məğlubedilməz Ermənistan ordusu" bu gün son çarə olaraq PKK terrorçularına sığınır. Bunu əsir götürülən erməni əsgərlərinin özləri verdikləri ifadələrdə etiraf ediblər. Paşinyan Azərbaycan tərəfindən minlərlə yaraqlının vuruşduğunu bildirir, faktların olduğunu deyir, lakin onların heç birini təqdim edə bilmir. Baş nazir dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, Rossiya-1 kanalına müsahibəsində, o, Dağıstanda baş vermis hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir.
İtaliyanın "La Republica" qəzetinin jurnalisti Azərbaycan ordusu ilə birlikdə Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Fransanın prezident Makron, Rusiyanın Xarici İşlər nazirinin söylədiklərinin doğru olub-olmamasını soruşduqda, ölkə başçısı dəfələrlə bu məsələyə aydınlıq gətirdiyini və bunun doğru olmadığını qeyd etdi:
"Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu (out of picture) deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların "guya məğlubedilməz ordusu" əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir."
Bu gün Ermənistan ordusu təkcə terrorçulardan deyil, həm də azyaşlı uşaqlardan ibarətdir. Bu isə beynəlxalq konvensiyaların kobud şəkildə pozulması deməkdir. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan hərbi əməliyyatlarda bir sıra cinayətlərə əl atıb:
"Bunlardan biri də uşaqların hərbi əməliyyatlara cəlb edilməsi, bu əməliyyatlarda uşaq əməyindən istifadədir. Ermənistan bu cür cinayətləri Azərbaycan uşaqlarına qarşı da törədib. Xocalıda bu proses körpələrimizə qarşı həyata keçirilib. Cəbhəyanı ərazilərdə 50-dən artıq orta məktəbə ziyan dəyib və dağılıb. Ermənistan və qondarma rejim Azərbaycanın işğal altındakı ərazilərin birində uşaq bağçasında hərbi qərargah yaradıb. Onlar hərbçiləri həmin yerə cəlb edirlər. Gəncə, Bərdə və digər şəhərlərdəki təcavüzlərdə 11 azyaşlı uşağa qarşı cinayət törədilib".
Və Vətən müharibəsinin başladığı gündən 40-cı gün keçir. Bu zaman ərzində Azərbaycan ordusu düşmənin çoxlu sayda canlı və hərbi texnikasını məhv edərək 204 yaşayış məntəqəsini işğalçılardan azad edib Azərbaycan əsgərinin yaxın günlərdə Şuşanın, Laçının, Xankəndinin düşməndən azad edəcəyi günü ürəyi Azərbaycan eşqi ilə döyünən hər kəsin ən böyük arzusudur.
Ay An