Paşinyan “suda saman çöpü axtarır”

Başını itirmiş Ermənistanın siyasi rəhbərliyi məntiqsiz açıqlamaları ilə özünü ifşa edir

Tarix boyu yalan, iftira və uyğurma xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışan işğalçı Erməistan bu gün də eyni fəaliyyəti davam etdirməkdədir. İstər xarici, istərsə də daxili siyasətdə "uğur" qazanmağın yolunu dezinformasiyada görən erməni siyasi rəhbərliyi bu gün də hərb meydanındakı uğursuzluqlarını ört-basdır etmək üçün yalanlar uydurmaqda davam edir. Lakin İkinci Qarabağ savaşında Ermənistanın məğlubiyyəti o dərəcədə açınacaqlıdır ki, hətta xüsusu ssenari ilə hazırlanan "şou-xəbərlər" belə hakimiyyəti uçurumdan xilas etmək iqtidarında deyil. Çünki  "yalan ayaq tutar, yeriməz"  deyib aqil babalar. Etiraf edilməlidir ki, döyüşdəki məğlubiyyətlər Ermənistanın hərbi-siyasi rəhbərliyini əməlli-başlı çaş-baş salıb. Təkcə ağlını deyil, başını da itirmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məğlubiyyətlərlə şərtlənən acınacaqlı durumu məntiqə uyğun izah etmək, anlaşıla biləcək mövqe ortaya qoymaq bacarığında deyil.

Ermənistanın baş nazirindən tutmuş ən kiçik hərbi zabitlərinə qədər şəxslərin verdikləri açıqlamalar daban-dabana ziddiyyət təşkil edir. Konkret olaraq işğalçı ölkənin baş naziri Nikol Paşinyan bu günlər ərzində ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğuni  iddia edir. Lakin hamıya gün kimi aydındır ki, Paşinyanın heç bir əsası olmadan, fakt göstərmədən, bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri faktlara istinadən iddia etdiyi bu xəbər əslində beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa hesablanıb. Elə bu səbədən də eyni fayk xəbəri daha çox yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarda və nüfuzlu media orqanlarına müsahibələrində qabardır. Hətta öz xalqını aldadadarq döyüşdə məğlubiyyətini bu kimi yersiz iddialarla əsalandırmağa çalışır.

N.Paşinyan həmçinin guya Türkiyəyə məxsus hərbi təyyarələrin hərbi əməliyyatlarda iştirak etdiyi, Azərbaycandan Erənistanın ərazilərinin ballistik raketlər vasitəsilə vurulduğunu deyir. Maraqlıdır ki, müharibə aparan ölkənin baş naziri heç bir məntiqi olmayan bu kimi çıxışları ilə özünə haqq qazandırmağa çalışır. Axı nəinki isətinilən hərbi mütəxəssisə, eləcə də sadi insanlara da bəllidir ki, belə hallar istənilən ölkənin hərbi-texniki imkanları çərçivəsində də təsbit oluna bilər. Əgər Paşinyan bu günə kimi məsələ ilə bağlı ciddi rəy bildirilməyibsə, deməli bütün bunlar Ermənistan rəhbərliyinin fantaziyasının məhsuludur. Elə bu səbədən də Paşinyan Azərbaycan tərəfindən minlərlə yaraqlının vuruşduğunu bildirir, faktların olduğunu deyir, lakin onların heç birini təqdim edə bilmir.

Nüfuzunu, hakimiyyətini itirmiş işğalçı dövlətin baş naziri hazırda "suda boğulanın saman çöpündən yapışması" kimi bütün vasitələrə əl ataraq Azərbaycana zərbə vurmaq niyyəti güdür. "Tutar qatıq, tutmaz ayran" prinsipini fəaliyyət devizinə çevirən Paşinyan dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, Rossiya-1 kanalına müsahibəsində, o, Dağıstanda baş vermis hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir. The Jerusalim Post nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir. Paşinyanın iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə ağ yalan danışır. İnsani, müasir hərbi texnka və silah-sürsat, maliyyə imkanları, ordunun hazırlığı və digər parametrlərə Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır? Çox qəribədir ki, hər kəsdə günah axtaran Ermənistan rəhbərliyi ən böyük günahkarın özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir. Elə bu səbədən də Qarabağ müharibəsi nəinki Ermənistanın məluniyyəti ilə, eləcə də bu ölkənin çöküşü ilə nəticələnəcəyi təəssüratı yaradır.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31