İlham Əliyev: “Bilirik ki, PKK oradadır - Dağlıq Qarabağda”
5 Noyabr 2020 12:19 SiyasətQarabağ cəbhəsində ciddi məğlubiyyətlərə uğrayan Ermənistan əsgər qıtlığı ilə üzləşib. Bu problemi aradan qaldırmaq üçün Ermənistan xüsusi xidmət orqanları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni diaspor üzvləri ilə muzdlu döyüşçülərin Qarabağa göndərilməsi üçün yeni fəaliyyətə başlayıb. Lakin bu barədə kifayə qədər faktların olmasına baxmayaraq Ermənistan ciddi cəhdlə iddia edir ki, Azərbaycan tərəfində muzdlu döyüşçülər vuruşur. Hansı ki, ermənilərin özlərinin sosial şəbəkələrdə yaydıqları video və foto materiallarda PKK döyüşçüləri açıq-aşkar təbliğ olunur. Üstəlik həmin muzdurların bir qismi xarici ölkə jurnalistlərinə də PKK təmsilçiləri olduqlarını etiraf ediblər. Məlumat üçün qeyd edək ki, hər hansı müharibəyə mənfəət əldə etmək üçün qatılan döyüşçü muzdlu döyüşçü adlanır. Muzdlu döyüşçülər iştirak etdikləri döyüşlərin siyasi və ya iqtisadi nəticələri ilə maraqlanmayaraq onlara vəd edilən mükafatın əldə olunmasına maraqlı olurlar. Fərdi şəkildə muzdlu döyüşçülər olduğu kimi bu işlə qrup, tayfa və ya təşkilat formasında məşğul olma halları da tarixdə görülüb. Dağlıq Qarabağda da döyüşən PKK-çıların da ayda 600 dollara döyüşmələri barədə də tutarlı faktlar möbcuddur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Republica" qəzetinə müsahibəsində deyib ki, Azərbaycan Ordusunda müzdlu döyüşçü yoxdur: "Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var". İlham Əliyev deyib ki, bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var: "Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu (out of picture) deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların "guya məğlubedilməz ordusu" əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir".
Son məlumata görə, ermənilərin Suriya və Livandan gətirdikləri PKK üzvləri əsasən hərbi təlimlə məşğul olur, erməni əsgərlərinə döyüş texnikaları ilə davranmaq və səngərdə vuruşmaq taktikasını öyrədirlər. Bununla belə əsgər çatışmazlığı ilə üzləşən Ermənistan artıq Rusiya ermənilərinə möhtac qalıb. Elə bu səbədən Rusiya ermənilərinin Moskvada fəaliyyət göstərən "Sebastiya" İdman Klubu Qarabağa könüllü və muzdlu döyüşçülər göndərmək üçün yeni kampaniyaya başladığı bildirilir. Məlumata görə, prosesə əslən Qarabağdan olan Rusiya vətəndaşı Armen Buşants başçılıq edir. Rusiya ərazisində ermənilər arasında hərbi-taktiki oyunlar təşkil edən "Sebastiya" klubuna başçılıq edən 36 yaşlı Armen Buşants yaşı 18-dən çox olan, pasporta malik və hərbi geyim dəsti olan bütün şəxsləri hərbi oyunlar adı ilə təlimə dəvət edib. Erməni xüsusi xidmət orqanları ilə əlaqədə olan Buşantsın Moskvadan Yerevana uçan təyyarə reysləri vasitəsilə onlarla döyüşçünü Ermənistana yola salması ehtimalı irəli sürülür.
Onu da qeyd edək ki, Ermənistanın xarici ölkələrdən peşəkar muzdlu döyüşçülərin gətirməsi hələ keçmiş prezident S.Sərkisyanın dövründən məlumdur. Belə ki, S.Sərkisyan ilk dəfə Prezident seçkilərinə qatılanda seçicilərlə görüşündəki çıxışlarının birində Suriya və İraqdan 60 min PKK üzvünün Qarabağa gətirəcəyinə söz vermişdi. Hətta həmin döyüşçülərin sosial-məişət problemlərinin həlli məqsədilə keçmiş Hadrut, Əsgəran rayonlarında eləcədə Laçın, Kəlbəcər və Qubadlı ərazilərində qəsəbə tikintilərinə, Şuşa, Xankəndi şəhərlərindəki çoxmərtəbəli yaşayış binalarının təmir edilməsinə start verilmişdi. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülüməsi məsələsi araşdırılarkən məlum olub ki, Qarabağa ermənilərin iddia etdikləri kimi mülki əhali deyil, peşəkar muzdlu döyüşçülər və onların ailələri gətirlib. Hansı ki, bu cür məskunlaşdırılma beynəlxalq hüquqda müharibə cinayəti adlandırılır. Livandan peşəkar muzdlu döyüşçülərin Qarabağa gətirilməsinə "Hayastan" Umumerməni fondu 312 milyon dollardan çox, Qarabağın erməni icması rəhbərliyi tərəfindən 51,3 min, erməni əsilli amerikalı əxlaqsız Kim Kardaşyan isə 70 milyon dollar vəsait ayırıb. Bu vəsaitlər hesabına Qarabağda məskunlaşdırılan ermənilər Azərbaycan ordusuna qarşı döyüşdə iştirak edirlər. Ermənistan isə həmişə olduğu kimi bu məsələdə də haray-həşir qopararaq guya Azərbaycan tərəfində muzdlu döyüşçülərin olduğunu bəyan etməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Nurlan
Olaylar.az