Ermənistan Azərbaycanın mülki əhalisini məhv etməyə hesablanmış təcavüz aktları həyata keçirir
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu gün Ali Baş Komandan kimi uğurlu hərbi əməliyyatlar aparıb uzun illər erməni işğalı altında olan Azərbaycan ərazilərini düşməndən təmizləmək, onları azad etməklə yanaşı, eyni zamanda uğurlu informasiya mübarizəsi də aparır.
5 Noyabr 2020 12:16 SiyasətAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu gün Ali Baş Komandan kimi uğurlu hərbi əməliyyatlar aparıb uzun illər erməni işğalı altında olan Azərbaycan ərazilərini düşməndən təmizləmək, onları azad etməklə yanaşı, eyni zamanda uğurlu informasiya mübarizəsi də aparır. Cəbhədə erməni təxribatına qarşı başlayan əks-hücum əməliyyatlarından keçən 1 aydan artıq müddət ərzində dövlət başçısından nüfuzlu xarici KİV-lər, televiziya kanallarının aldığı müsahibələr zamanı Cənab Prezident tarixi faktlar, o cümlədən mövcud reallıqlara istinad edərək erməni təbliğat maşınına zərbə vurur, erməni yalanlarını ifşa edir. Hərbi əməliyyatlar başlayan gündən Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun tərkibində türk əsgərlərinin də döyüşməsi barədə uydurduğu iddialara dövlət başçısının xarici KİV-lərə verdiyi müsahibələrdə aydınlıq gətirilir, bunun yalan, qərəz olduğu sübuta yetirilir. Həmin müsahibələrdə birmənalı olaraq dövlət başçısı bildirir və dünyaya bəyan edir ki, Türkiyənin hərbi əməliyyatlarda Azərbaycana yalnız siyasi və mənəvi dəstəyi var. Bu da iki qardaş ölkə arasında strateji tərəfdaşlığa uyğundur. Digər tərəfdən Azərbaycan Silahlı Qüvvələri kifayət qədər insani və hərbi potensiala malik olduğundan hansısa tərəfin, ölkənin Azərbaycana yardım etməsinə ehtiyac yoxdur. Elə hərbi əməliyyatlardan keçən müddət ərzində Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları apararaq 200-dən artıq yaşayış məntəqəsini işğalçılardan azad etməsi deyilənlərin sübutudur.
Azərbaycan Prezidentinin xarici televiziya kanallarına verdiyi müsahibələr eyni zamanda erməni terroru və vandalizminin dünyaya çatdırılması baxımından da olduqca əhəmiyyətlidir. Bu günə qədər verdiyi müsahibələrdə dövlət başçısı açıq şəkildə bəyan edib ki, Azərbaycan hər zaman problemin sülh yolu ilə, danışıqlar masasında həllinə tərəfdar olub. Elə sentyabrın 27-də baş verən döyüşlərdən keçən qısa müddət ərzində Ermənistan tərəfinin atəşkəs yalvarışlarına cavab olaraq rəsmi Bakının humanitar atəşkəsə razılıq verməsi də elə Azərbaycanın sülhpərvərliyi, müharibə, savaş tərəfdarı olmadığının göstərici idi. Lakin təəssüflər olsun ki, əldə edilən hər üç humanitar atəşkəsi məhz Ermənistan tərəfi pozub. Həm də hərbi obyektlər, Azərbaycan Ordusunun mövqelərini deyil, dinc, mülki insanların yaşadığı şəhər və kəndləri, yaşayış məntəqələrini hədəf almaqla. Gəncə və Bərdə terroru bütün bunların əyani sübutudur. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ən son İtaliyanın "La Republica" qəzetinə müsahibəsində də bu məqama diqqət çəkib və Ermənistan dövlətinin mülki insanları hədəf almaqla müharibə cinayəti törətdiyini diqqətə çatdırıb.
Dövlət başçısının dediyi kimi Ermənistanın mülki insanları, şəhər və rayonları, kənd və qəsəbələri hədəf alması işğalçı ölkənin faşist ideologiyasına sahib olduğunu göstərməklə yanaşı, eyni zamanda onun döyüş meydanında uduzduğunu sübuta yetirir. Bu məğlubiyyətin əvəzini isə Ermənistan dinc, mülki insanları hədəf seçməklə çıxmaq istəyir. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın dinc insanları hədəf seçməsi Cenevrə Konvensiyasına da tamamilə ziddir və müharibə cinayətlərinə görə bu ölkə beynəlxalq səviyyədə cəzalandırılmalıdır. Hüquqşünas Əli İbrahimov deyir ki, bu gün Ermənistan Azərbaycanın mülki əhalisini məhv etməyə hesablanmış təcavüz aktları həyata keçirir. Onun sözlərinə görə, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlət törədirlər: "Təcаvüzkаr mühаribəni plаnlаşdırmа, hаzırlаmа, bаşlаmа və yа аpаrmа bеynəlхаlq hüququn prinsipləri ilə təsbit оlunmuş sülhün, хаlqlаr və dövlətlər аrаsındа dinc yаnаşı yаşаmаnın və əməkdаşlığın əlеyhinə yönəldiyi üçün bеlə əməllərin törədilməsi bеynəlxаlq hüquq nоrmаlаrı ilə məsuliyyətə səbəb оlur. Bütövlükdə mühаribələr хаlqlаr və dövlətlər аrаsındа münаsibətlərə zərbə vurur, оnlаrа külli miqdаrdа mаddi və mənəvi zərər yеtirir, milli-mədəni sərvətlərin, sənаyе təsərrüfаt оbyеktlərinin dаğıdılmаsı, hаbеlə insаnlаrın məhvi ilə nəticələnir. Bu cinаyətin ictimаi təhlükəliliyi də məhz bir dövlətin bаşqа bir dövlətin ərаzisini zəbt еtməsi və təcаvüzkаr əməllərini dаvаm еtdirməsinin bеynəlхаlq hüququn dövlətlərin dinc yаnаşı yаşаmаsı prinsipinə zərbə vurmаsındа ifаdə оlunur". Əli İbrahimov deyir ki, mühаribə dövlətlər və yа хаlqlаr аrаsındа silаhlı münаqişədir: "Bu sahədə cinаyət məsuliyyətinin yаrаnmаsı mühаribənin təcаvüzkаr хаrаktеrli оlmаsı ilə хаrаktеrizə еdilir. Təcаvüzün аnlаyışı BMT Bаş Məclisinin 14 dеkаbr 1974-cü il tаriхli "Təcаvüzün аnlаyışı" Qətnаməsində vеrilmişdir. Həmin Qətnаməyə əsаsən, hər hаnsı bir dövlətin özünün silаhlı qüvvələrindən digər dövlətin suvеrеnliyinə, ərаzi tохunulmаzlığınа və yа siyаsi müstəqilliyinə qаrşı istifаdə еtməsi, hаbеlə BMT Nizаmnаməsi ilə bir аrаyа sığmаyаn hər hаnsı üsullа təsir göstərməsi təcаvüz sаyılır. Bu gün Ermənistan Azərbaycanın mülki əhalisini məhv etməyə hesablanmış təcavüz aktları həyata keçirir. Beynəlxalq humanitar hüquqda isə mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyası qəbul edilib. Bəs həmin konvensiyada mülki əhalinin hüquqları necə təsbit olunub? 1949-cu avqustun 12-də İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir və Beynəlxalq Humanitar Hüququn əsas sənədləri sayılır ki, burada silahlı münaqişələrlə bağlı qayda və hüquqlar yer alıb".
Hüquqşünas bildirib ki, Cenevrə Konvensiyalarına 1977 və 2005-ci illərdə üç protokol əlavə edilib: "Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da, öz növbəsində, iki qola ayrılır ki, bunlar Cenevrə hüququ və Haaqa hüququdur. Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir. Haaqa hüququ isə hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır. Ümumilikdə, Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. Həmçinin BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə"də deyilir ki, silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir və təşkilatın bütün üzv dövlətlərini bu Bəyannaməyə ciddi əməl etməyə çağırır: mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir. Bütün dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, həmçinin, silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər. Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır".
Əli İbrahimovun sözlərinə görə, Ermənistanın təcavüzkar siyasəti beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir: "Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini hələ də davam etdirir. Beynəlxalq hüququn bütün norma və tələblərini pozan Ermənistan ordusunun təxribatlarının qurbanı olan mülki vətəndaşlarımızın sayı artmaqdadır ki, onların içərisində qadınlar və uşaqlar da var. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn bütün norma və tələblərini pozan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir. Düşmən unutmamalıdır ki, dünya tarixində bir çox hərbi-siyasi rəhbərlər Ermənistanın hərbi-siyasi rəhbərliyi kimi soyqırımlara və mülki şəxslərə qarşı qeyri-insani hərəkətlərə yol verib, lakin tez ya gec həmin rəhbərlər Nürnberqdə, Haaqada cəzalarını alıblar".
Məhəmməd
Olaylar.az