Ermənilər Tərtər rayonunu fosforlu mərmilərdən atəşə tutub
3 Noyabr 2020 17:15 SiyasətErmənilər Tərtər rayonuna fosforlu partlayıcı maddə atıb.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Düşmən bu dəfə artilleriya atəşində fosforlu top mərmilərindən istifadə edib. Fosforlu mərmilər rayonun Səhləbad kəndində boş sahəyə düşdüyündən itki yoxdur. Hadisə barədə dərhal ANAMA təşkilatına məlumat verilib.
Hazırda ərazidə mərmilərin zərərsizləşdirilməsi üçün təhlükəsizlik tədbirləri görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31