Obyektiv xarici jurnalistlər erməni lobbisi tərəfindən hədə ilə üzləşir - Hikmət Hacıyev

Beynəlxalq media nümayəndələrinin hazırladığı reportajlarda obyektivlik nümayiş olunduğu zaman onlar erməni lobbisi tərəfindən hədə ilə üzləşirlər.

Olaylar.az-ın  məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, biz bunları açıq şəkildə izləyirik və görürük: "Biz bunları qəti halda pisləyirik. Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31