İsrail Ali Məhkəməsi Azərbaycanla bağlı iddianı Ləğv etdi

 Ötən gün İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağanın qoyulması vəsatətini dəlil çatışmazlığı səbəbi ilə təmin etməyib. “

Ötən gün İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağanın qoyulması vəsatətini dəlil çatışmazlığı səbəbi ilə təmin etməyib. "Olaylar" xarici mətbuata istinadən xəbər verir ki, hakim Yosef Elronun sözlərinə görə, iddiaçının məhkəməyə təqdim etdiyi materialların heç birində dinləmənin keçirilməsi üçün yetərincə dəlil yoxdur. Hakim qeyd edib ki, bu, ən yaxşı halda İsrail silahının Azərbaycana satıldığı və həmin silahın ölkənin arsenalında sadəcə özünümüdafiə məqsədilə saxlanıldığını sübut edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31