Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürülüb

 

 

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan tərəfi bu gün həlak olan daha 96 hərbçinin adlarını açıqlayıb.

Siyahıdan məlum olub ki, sentyabrın 27-dən Azərbaycanın Qarabağ bölgəsində başlayan döyüşlərdə tanınmış erməni terrorçu, "Malış" ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.

Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib.

Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31