"Gəncədə nələrin baş verdiyini görmək mənim üçün çox önəmli idi" - İsveçrə səfiri

"Bütün zərərçəkənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram. Mənim üçün Gəncəyə gəlmək və burada nələrin baş verdiyini görmək çox önəmli idi". Bunu oktyabrın 12-də Gəncədə jurnalsitlərə açıqlamasında İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri xanım Muriel Peneveyre bildirib.

O qeyd edib ki, münaqişə ilə bağlı İsveçrə artıq sentyabrın 28-də öz mövqeyini ifadə edib: "İsveçrə bütün tərəfləri dərhal güc tətbiq etməkdən yayınmağa və beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırır. Bu o deməkdir ki, mülki əhalini qorumalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31