Ermənistanı informasiya cəbhəsində də məğlub olur
İlham Əliyev informasiya cəbhəsində də ölkənin maraqlarını qətiyyətlə müdafiə etdi
12 Oktyabr 2020 16:34 Siyasətİlham Əliyev informasiya cəbhəsində də ölkənin maraqlarını qətiyyətlə müdafiə etdi
Döyüş meydanında uduzan Ermənistan acı məğlubiyyətini xalqdan gizlətmək, eləcə də mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi beynəlxalq cinayəti ört-başdır etmək üçün dezinformasiya yaymaqda davam edir. Heç bir müharibə qanunlarına riayət etməyən, insanlığa qarşı yönəlik dəhşətli cinayətlərini Azərbaycanın adına yazmaq yolunu tutan Erməistana bəraət qazandırmaq missiyasını xarici ölkələrdə fəaliyyət göstərən erməni doaspor təşkilatları öz üzərlərinə götürüblər. Sirr deyil ki, erməni təbliğat maşını illərlədir ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, ideoloji mübarizədə üstünlük əldə etməyə çalışır. O da məlumdur ki, dünyanın müxtəlif ölkələrində erməni diasporasının təsiri alrında olan kifayət qədər kütləvi informasiya vasitəsi var. Xüsusən, Rusiya telekanallarına erməni diasporasının təsir imkanları yetirincədir. Elə bu imkandan istifadə edən ermənilər sentyabrın 27-dən başlayaraq törətdkləri təxribatda Azərbaycanı suçlu çıxarmaq məqsədilə informasiya savaşına start veriblər. Məqsəd də ondan ibarətdir ki, dünya ictimaiyyətini inandırsınlar ki, Azərbayn Ordusu guya "yazıq", "əzilən" ermənilərə qarşı hücum əməliyyatları həyata keçirir. Bununla da Ermənistan həmişə olduğu kimi erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada yaranmış boşluğu tamamlamaq siyasəti yürüdür. Öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərir. Lakin aydın oldu ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni təbliğat maşınını darmadağın etməyə qadir informasiya sistemi formalaşdırılıb. Azərbaycanda kifayət qədər peşəkar, dünyanın ən tanınmış media orqanı ilə rəqabətə girə biləcək mətbuat orqanlarının olması isə ölkəmiz barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işində dövlət başçısına dəstək oldu. Nəticədə Azərbaycan hələ əks-hücum əməliyyatından münaqişədən əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı.
Ancaq sözün həqiqi mənasında bu sahədə də əsas ağırlıq və məsuliyyət prezident İlham Əliyevin üzərinə düşdü. Dövlət başçısı sinəsini irəli verərək Ermənistanın informasya blokadasını yarmağı bacardı. Belə ki, 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azəbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi. Dövlət başçısı nəinki baş verən hərbi əməliyyat, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağla bağlı dünya istimaiyyətində illərdən bəri formalaşmış yanlış fikri həqiqətə doğru yönəldə bildi. Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu 10-a yaxın televiziya kanalına müsahibələr verərək Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycanın haqlı mövqeyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının hüquqi müxanizmlərini əsaslandərəlmış formada beynəlxalq aləmə bəyan etdi. Bununla da erməni lobbisi və Ermənistanın xaricdəki havadarlarının maliyyə dəstəyi ilə formalaşmış informasiya şəbəkələrinin fəaliyyətini sıfıra endirdi. Prezident İlham Əliyev birmənalı olaraq "CNN International", "CNN-Türk", "Sky News", "Euronews", "Əl-Cəzirə", "Əl-Ərəbiyə" kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu "TRT Haber", Rusiyanın aparıcı "Rossiya-1", "Pervıy Kanal", RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı "feyk-nyuslar"ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurdu. Sözün bütöv mənasında Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi.
Alim
Olaylar.az