Humanitar atəşkəs Ermənistan dövlətinə verilmiş sonuncu şansdır

"Azərbaycan Xarici  İşlər Naziri Ceyhun Bayramov,   Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri  Zöhrab Mançkyanın  görüşündə   aparılan danışıqlar əslində Azərbaycan yönlü olmalıdı idi, çünki Dağlıq Qarabağ Azərbaycan deməkdir".

"Azərbaycan Xarici  İşlər Naziri Ceyhun Bayramov,   Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri  Zöhrab Mançkyanın  görüşündə   aparılan danışıqlar əslində Azərbaycan yönlü olmalıdı idi, çünki Dağlıq Qarabağ Azərbaycan deməkdir".

Bunu "Olaylar"a deyən Nəsimi rayon gənci Simranə Məmmədovanın sözlərinə görə, görüşdə Azərbaycanın baş diplomatı  Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu da bir daha faktlarla sübut edib. Bu faktlara əsaslanaraq ermənilər Azərbaycan torpaqlarından çıxmalı olduqlarını bəyan edib: "Əslində Azərbaycan tərəfi üçün danışıqlar o halda aparıla bilərdi ki, ermənilər  Azərbaycana verdikləri cədvəl əsasında torpaqlarımızı mərhələli şəkildə tərk edəcəklərinə söz versinlər. Lakin, Ermənistan dövlətinin artıq Azərbaycan Ordusunun gücünə tab gətirəcək qüvvəsi qalmadığı üçün danışıqlar prosesinin əvvəlindən sonuna kimi atəşkəs imzalanması üçün sözün əsl mənasında yalvarırdılar. Ermənistan dövlətinin bu yalvarışları nəticəsində  eyni zamanda da cəsədlərin götürülməsi və əsirlərin dəyişdirilməsi üçün  humanitar atəşkəs imzalanmasına qərar verildi. Humanitar  Atəşkəs Ermənistan dövlətinə verilmiş sonuncu şans idi. Lakin  mənfur düşmən atəşkəsə məhəl qoymayaraq burada da hiyləgərliyə əl atdı və  öz çirkin niyyətini bir daha sübut etdi.  Atəşkəs müddətində də onlar mülki yaşayış binalarına və mülki şəxslərə atəş açmağa davam edirlər. Bununla da Ermənistan dövləti necə ikiüzlü, verdiyi sözlərə əməl edə bilməyəcək qədər aciz bir dövlət olduğunu bütün dünyaya sübut elədi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31