Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Kərəmyan tutduğu vəzifədən azad edilib.
Bu barədə ölkə prezidenti Armen Sarkisyan fərman imzalayıb.
Digər fərmanla Mikael Ambartsumyan Xidmətin direktor vəzifələrini icra edən təyin olunub.
Qeyd edək ki, A.Kərəmyan MTX rəhbəri vəzifəsinə 4 ay əvvəl təyin olunmuşdu.