Ermənistan Beynəlxalq humanitar hüququ ayaq altına atıb
Ermənistan dövləti yalnız Dağlıq Qarabağ münaqişəsi zamanı deyil, tarix boyu beynəlxalq hüquqa qarşı saymamazlıq nümayiş etdiriblər. Birinici dağlıq Qarabağ müharibəsi başlanandan bəri isə Beynəlxalq humanitar hüququ ayaq altına atıblar. Bəs Beynəlxalq humanitar hüquq özündə nəyi ehtiva edir? Ermənistan nə dərəcədə beynəlxalq hüquqa riayət edir? Hüquqşünas Alim Hüseynli bildirib ki, Beynəlxalq humanitar hüquq-silahlı münaqişələr zamaın tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
8 Oktyabr 2020 12:21 SiyasətErmənistan dövləti yalnız Dağlıq Qarabağ münaqişəsi zamanı deyil, tarix boyu beynəlxalq hüquqa qarşı saymamazlıq nümayiş etdiriblər. Birinici Dağlıq Qarabağ müharibəsi başlanandan bəri isə Beynəlxalq humanitar hüququ ayaq altına atıblar. Bəs Beynəlxalq humanitar hüquq özündə nəyi ehtiva edir? Ermənistan nə dərəcədə beynəlxalq hüquqa riayət edir? Hüquqşünas Alim Hüseynli bildirib ki, Beynəlxalq humanitar hüquq-silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq hüquqi normaların məcmusuna deyilir. Qeyd etmək lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni,-onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq,- müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.
2. Seçimsiz zorakılığın artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədinin həyata keçirilməsinə yönəlmiş hissəsi "Haaqa hüququ" adlandırılır.
Onun sözlərinə görə, Beynəlxalq humanitar hüquq yalnız silahlı münaqişə zamanı və istənilən silahlı münaqişə zamanı tətbiq olunur. Buna görə də silahlı münaqişəyə nəyin aid edildiyini bilmək olduqca zəruridir: "Beynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi beynəlxalq silahlı münaqişələrdir. Belə ki, 1949-cu il Cenevrə Konvensiyalarının 1977-ci ildə qəbul olunmuş Əlavə Protokollarla bir yerdə cəmisi 20 müddəası əgər daxili silahlı münaqişələrə aiddirsə, 500-ə yaxın maddəsi isə beynəlxalq müharibələrə həsr olunmuşdur. Beynəlxalq silahlı münaqişə, müharibənin elan olunub-olunmamasından, xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb-tanımamasından asılı olmayaraq, iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişə kimi başa düşülür. Cenevrə Konvensiyaları üçün ümumi olan 2-ci maddədə deyilir: "Dinc dövrdə qüvvəyə minməli olan müddəalardan başqa, bu konvensiya iki və ya daha artıq Yüksək Razılığa gələn Tərəflər arasında meydana çıxan elan olunmuş müharibə və ya istənilən digər silahlı münaqişə zamanı, həmin Tərəflərdən biri müharibə vəziyyətini tanımadığı halda belə tətbiq olunur. Konvensiya habelə Yüksək Razılığa gələn Tərəfin ərazisinin bütövlükdə və ya qismən işğal olunduğu bütün hallarda, bu işğal heç bir silahlı müqavimətə rast gəlmədikdə belə, tətbiq olunur". Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddədə dövlətlərin suverenliyi və ərazi bütovlüyü baxımından belə bir mühüm müddəa təsbit olunmuşdur ki, müvafiq beynəlxalq humanitar hüquq normalarının tətbiqi münaqişədə olan tərəflərin hüquqi statusuna heç bir xələl gətirmir. Beynəlxalq humanitar hüquq habelə son onilliklər üçün səciyyəvi olan qarışıq silahlı münaqişələr, beynəlxalq münaqişələrin əlamətlərini kəsb edən, yəni digər dövlətin birbaşa hərbi müdaxilə etdiyi daxili silahlı münaqişələr dövründə də tətbiq olunur".
Hüquqşünas bildirib ki, Ermənistan hazırda Beynəlxalq humanitar hüququn prinsiplərini pozmaqda davam edir. İşğalçı dövlət Beynəlxalq humanitar hüququn "silahlı münaqişələrin humanistləşdirilməsi" prinsipinə qarşı çıxaraq mülki əahlini atəşə tutur, dinc insanlar, xüsusilə qocalar və uşaqlar öldürülür. Təcavüzkar dövlət hələ indiyi qədər heç bir halda müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsini, eləcə də mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsini təmin etməyib. Ermənistan həmçinin döyüş aparılmasının qadağan edilmiş metod və vasitələrinə qarşı çıxaraq beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadəni davam etdirir. Bu günləırdə Azərbayxan ərzaisinə atılmış kassetli mərmilər bunu bir daha sübut edir. "Haaqa hüququ" ilə qadağan edilmiş düşmən qoşunlarına mənsub olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq; milli və beynəlxalq emblem, siqnal və bayraqların təyinatı üzrə istifadə edilməməsi; işgəncələr, genosid, aparteid və girov götürmənin tətbiq edilməsi; şəhər və ya digər yerlərin talan edilməsi,yerli əhaliyə münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan istifadə edilməsi kimi prinsiplərə riayət edilməsi ermənilərin heç ağlından belə keçmir. Bunun əvəzində silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxsləri ıldürmək və işgəncələrə məruz qoymaqdan zövq alırlar. Müdafiəsiz şəhərlərin, kəndlərin və hərbi məqsədlər üçün istifadə olunmayan mənzillərin, tarixi abidələrin, qospitalların bombardıman edilməsini davam etdirilər. Mədəni mülkiyyətin, tarixi və digər abidələrin, ibadət edilən yerlərin məhv edilməsi və ya onlardan hərbi əməliyyatlarda uğur qazanmaq üçün istifadə edilməsi prosesi bu gün də davam etdirilir. Ümumiyyətlə, heç kimi sağ qoymamaq haqqında əmr vermək və ya bununla hədələmək və yaxud bu yönümdə əməliyyatlar aparmaq erməni hərbçilərinin işğalçılıq amalına çevrilib.
Nurlan
Olaylar.az