Pakistanlı siyasətçi: "Ermənistan Azərbaycana irimiqyaslı müharibəni qəbul etdirmək üçün mümkün olan hər şeyi edir"

Ermənistan Azərbaycana irimiqyaslı müharibəni qəbul etdirmək üçün mümkün olan hər şeyi edir.

Bunu Trend-ə Pakistan Senatının üzvü Ənvər ül Hak Kakar deyib.

Ermənistanın Gəncə, Mingəçevir, Xızı və Abşerona raket zərbələrini şərh edən senator qeyd edib ki, bu hücumlar erməni aqressiyasının daha bir sübutudur:

"Biz bu hücumları pisləyirik və güc tətbiqinə qarşı çıxırıq. Ermənistan yalnız öz torpaqlarına olan qanuni hüquqlarını müdafiə etməyə çalışan Azərbaycanı irimiqyaslı müharibəyə cəlb edir".

O əlavə edib ki, dünya ictimaiyyəti Ermənistanın aqressiyasının qarşısının alınması üçün tədbirlər görməli və regionda ədalətli sülhün bərqərar olmasında öz rolunu oynamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31