Piter Teys: "Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın şəhərlərinə raket zərbələrini kəskin şəkildə pisləməlidir"
6 Oktyabr 2020 15:27 SiyasətBeynəlxalq ictimaiyyət Ermənistanın Mingəçevir, Gəncə, Xızı və Abşerona raket zərbələrini kəskin şəkildə pisləməlidir.
Amerikalı ekspert Piter Teys deyib.
O, Ermənistanın Azərbaycanın iri şəhərlərində dinc sakinlərə və infrastuktura qarşı terrorçuluq əməllərindən sarsıldığını deyib:
"Ermənistanın faşist hökuməti beynəlxalq humanitar hüququ kobud şəkildə pozub və qəsdən hərbi əməliyyatlar heç bir əlaqəsi olmayan dinc sakinləri və mülkiyyəti məhv etməyə çalışır".
P.Teys bildirib ki, Yerevan Azərbaycan ordusundan ciddi tarixi dərs aldı və Ermənistanın çoxlu əhalisi olan şəhərlərə hücum etmək, həssas obyektlərə, xəstəxanalara, məktəblərə və elektrik stansiyalarına zərər vurmaqdan başqa yolu yoxdur:
"Ermənistanı cəzalandırmaq və BMT-dən çıxarmaq lazımdır".