Azərbaycan hərbi əməliyyatları işğal bitənədək davam etdirəcək
Düz otuz ilə yaxın bir müddətdir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkünsüz olub.
6 Oktyabr 2020 15:02 SiyasətDüz otuz ilə yaxın bir müddətdir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkünsüz olub. Əslində münaqişənin dinc yolla həlli üçün baza pribsipləri, beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı qərar və qətnamələr mövcuddur. Beynəlxaq hüquq da münaqişənin Azərbaycanın ərazi bütövlüyü, eləcə də ermənilərin maraqlarının təmin olunması şərtilə münaqişənin həllinə inkan verir. Lakin, Ermənistan dövlətində təmsil olunan millətçi və separatçıların problemin dinc yolu ilə həllində maraqlı görünmədiyindən çıxarılan qərarlar kağız üzərində qalıb. Maraqlı məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət mövcud vəziyyətlə razılaşaraq təcavüzkar dövlətə təzyiq etmək istəyindən uzaq düşüb. Şübhəsiz ki, beynəlxalq ictimaiyyət bəlməmiş deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların bir sıra qərar və qətnamələri var ki, həmin sənədlər qeyd-şərtsiz icra olunmalıdır. Lakin Ermənistan beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlik nümayiş etdirərək həmin sənədlərin icrasından yayınır. Heç bir beynəlxalq sənədə məhəl qoymayan Ermənistan nəinki münaqişənin dinc yolla həllinə tərəfdar çıxır, əksinə atəşkəs dövründə belə hərbi təxribata əl atır. Ən dəhşətlisi odur ki, həmin qərar və qətnamələrin müəllifləri olan beynəlxalq təşkilatlar biganəlik nümayiş etdirilər. Ancaq etiraf edilməlidir ki, Ermənistan-Azərbaycan münaqişənin dinc yolla həlli üçün hüquqi əsaslar var. Lakin təcavüzkara lazımi təzyiq göstərilmədiyindən məsələ həllini tapmamış qalıb. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyini göstərmiş olur. Məhz bu kimi amillər Azərbaycanı işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək zorunda qoyur. Artıq Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusu əks hücumla işğal altında olan torpaqlarını azad etmək istiqamətində fəaliyyətini davam etdirir. Rəşadətli Azərbaycan Ordusunun ard-arda qələbə əldə etdiyindən narahatçılıq keçirən beynəlxalq güclər indi "atəşkəs" tıklifi ilə çəxəş etməyə başlayıblar. Bunun müqabilində heç bir qarantiya, təcavüzkar dövlətə təpki müşahidə olunmur. Belə çağırışlar isə Azərbaycanın başladığı haqq yolunda baryer görüntüsü yaradır. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibəsində qeyd edib ki, Azərbaycan hərbi əməliyyatları işğal bitənədək davam etdirməlidir: "Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir. Biz bu müzakirələrdə artıq 30 ilə yaxındır ki, iştirak edirik və ümidlərlə iştirak edirdik. Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıq rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq".
Hər kəsə bəllidir ki, Azərbaycanın 27 il ərzində ədalətli mövqe nümayiş etdirərərk münaqişənin sülh yolu ilə həllinə çalışdı. Lakin Təcavüzkar dövlət Azərbaycan dövlətinin səbrindən sui-istifadə edərək daha da azğınlaşdı, ardıcıl hərbi təxribatlar həyata keçirdi, yeni işğal planları işləyib hazırladı. Beynəlxalq təşkilatlar isə gözləri qarşısında baş verənlərə susqunluq nümayiş etdirdilər. Təbii ki, belə vəziyyət Azərbaycanın səbr limitini bitirmiş oldu. İndi isə Ermənistan Azərbaycan Prezidenti tərəfindən səsləndirilən şərtləri yerinə yetirməyənə və beynəlxalq qarantiya olmayana kimi hərbi əməliyyatları dayandırmayacaq. Dözvlət başçısı müsahibəsində qeyd edib ki, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun: "Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi? Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam". Lakin bütün bunlara baxmayaraq Ermənistan bu gün təxribat törədərək Azərbaycana Ermənistan ərazisindən hücum edir. Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlardan çıxmaq cədvəlini hələ də təqdim etməyib, Ermənistanın baş naziri hələ də Azərbaycan xalqından üzr istəməyib, "Qarabağ Ermənistan deyil" açıqlamasını verməyib. Deməli, nə vaxata qədər Ermənistan bu şərtləri qəbul etməyəcək, Azərbaycan hərbi əməliyyatları işğal bitənədək davam etdirəcək".
Alim
Olaylar.az