Moldovada rəhbərliyi Ermənistana təsir göstərməyə çağırılıb
Moldova Azərbaycanlıları Konqresi Ermənistanın təxribatları ilə əlaqədar ölkənin ali dövlət strukturlarına və beynəlxalq qurumlara ünvanlanan bəyanat yayıb.
6 Oktyabr 2020 13:14 SiyasətMoldova Azərbaycanlıları Konqresi Ermənistanın təxribatları ilə əlaqədar ölkənin ali dövlət strukturlarına və beynəlxalq qurumlara ünvanlanan bəyanat yayıb. "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan bəyanatda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ordumuza və dinc sakinlərə qarşı həyata keçirdiyi təcavüz barədə məlumat verilir. Bildirilir ki, Ermənistanın təxribatları nəticəsində bölgədə vəziyyət gərginləşib, aralarında uşaq, qadın və yaşlı insanların da olduğu xeyli sayda mülki şəxs həlak olub, yaralanıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.
Moldovada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi, təcili şəkildə atəşi dayandırması məqsədilə rəsmi İrəvana təsir və təzyiqlər göstəməyə çağırır.