Ararat Mirzoyan Xankəndidən qaçdı

Xankəndində vəziyyəti dəyərləndirmək üçün gələn Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan gözlənilmədən geri qayıdıb.

O, bu barədə məlumatı öz Feysbuk səhifəsində yayıb.

Erməni mediasında yayılan xəbərlərə görə, aparılan hərbi əməliyyatlar nəticəsində əhali demək olar ki, Xankəndini tərk edib. Ermənistan siyasətçiləri Dağlıq Qarabağın bu şəhərinə mütamadi səfərlər etməklə əhalini qaçmamağa təşviq etsələr də, bunun heç bir nəticəsi olmur. Çünki qorxu Ermənistan rəsmilərinin də canına hakim kəsilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31