Deputat: “Azərbaycan Ordusu bu gün BMT-nin icra edilməmiş 4 qətnaməsini icra edir”

 “Bu gün Milli Ordumuz işğal altında olan rayonlarımızdan erməni terrorçuları təmizləməklə məşğuldur”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

"Bu gün Milli Ordumuz işğal altında olan rayonlarımızdan erməni terrorçuları təmizləməklə məşğuldur". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib. Deputat bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərə döyüş bölgələrindən uzaq olmaları üçün müraciət edir: "Amma erməni tərəfi döyüş bölgəsindən xeyli uzaqda yerləşən bölgələrimizə atəş açırlar. Bu gün erməni terrorunu dəstəkləyənlər eyni zamanda beynəlxalq terroru da dəstəkləyir. Əminəm ki, tez zamanda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və bütün yerlərimizdə Azərbaycanın şanlı bayrağı dalğalanacaq. Azərbaycan Ordusu bu gün BMT-nin icra edilməmiş 4 qətnaməsini icra edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31