Spiker: “MM beynəlxalq təşkilatlara cəbhə bölgəsindəki hadisələr barədə məlumat göndərir”
“Milli Məclisin beynəlxalq təşkilatın üzvü olan deputatları Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri həmin təşkilatlara çatdırırlar. Onlayn görüşlərdə də münaqişə ilə bağlı məsələlər barədə danşılır”.
6 Oktyabr 2020 12:22 Siyasət"Milli Məclisin beynəlxalq təşkilatın üzvü olan deputatları Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri həmin təşkilatlara çatdırırlar. Onlayn görüşlərdə də münaqişə ilə bağlı məsələlər barədə danşılır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Spiker bildirib ki, bütün ölkələrə, beynəlxalq təşkilatlara cəbhə bölgəsində baş verən hadisələr barədə məlumatlar göndərilir: "Parlamentin dostluq qruplarının üzvü olan deputatlarımız müvafiq ölkələrə məktublar göndərirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31