İrandan Azərbaycana BÖYÜK DƏSTƏK: milyona yaxın...
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir.
6 Oktyabr 2020 11:50 SiyasətErmənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir.
Olaylar.az xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xameneinin Beynəlxalq Münasibətlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
![]()
İran Radio və Televiziya Korporasiyasının Gənc Jurnalistlər Cəmiyyəti xəbər agentliyinə açıqlama verən Vilayəti bildirib ki, beynəlxalq qaydalardan irəli gələn ölkələrin ərazi bütövlüyü prinsiplərinə hörmət edirlər: "Bir BMT üzv ölkəsi olaraq bu məsələdə qətiyyətliyik. Münaqişə tərəfləri olan iki ölkə şimal qonşumuzdur. Bir ölkənin ərazisi digər ölkə tərəfindən işğal olunmuş vəziyyətdədir. Azərbaycan Respublikasının cənubdakı 7 şəhəri işğal olunub. Bu məsələ çərçivəsində BMT-də 4 qətnamə imzalanıb. Bütün bunlar Ermənistanın işğal etdiyi əraziləri tərk edərək beynəlxalq formada tanınan sərhədləri daxilinə geri çəkilməlidir".
O qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalarını istəyirlər: "1 milyona yaxın azərbaycanlı işğal səbəbilə yurdlarını tərk etmək məcburiyyətində qalıb. Bu insanlar öz torpaqlarına geri qayıtmalıdırlar".