Ermənistan Ordusunun alay komandiri və müavini məhv edildi
1 Oktyabr 2020 21:21 Siyasət"Azərbaycan Ordusunun əks hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir".
Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, düşmən qüvvələri Cəbrayıl, Füzuli, Goranboy, Ağdam, Tərtər rayonlarını artilleriya atəşinə tutub. Düşmənin hərəkət edən kalonları dəqiq atəşlə məhv edilib:
"Ermənistan Ordusunun alay komandiri və onun müavini məhv edilib. Düşmənin döyüş bayrağı əlimizə keçib, döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcəkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31