Beynəlxalq təşkilatlar işğalçı Ermənistanın başına sığal çəkməklə məşğuldurlar

Həm beynəlxalq birliyin, dünya dövlətləri və münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun işğalçı Ermənistanda heç bir təzyiq göstərməməsi, ona təcavüzkar siyasətini dayandırmaq üçün təsir etməməsi, həm də ermənilərin yeni ərazilər zəbt etmək niyyətləri Qarabağ cəbhəsində yeni hərbi qarşıdurmalara səbəb oldu.

Həm beynəlxalq birliyin, dünya dövlətləri və münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun işğalçı Ermənistanda heç bir təzyiq göstərməməsi, ona təcavüzkar siyasətini dayandırmaq üçün təsir etməməsi, həm də ermənilərin yeni ərazilər zəbt etmək niyyətləri Qarabağ cəbhəsində yeni hərbi qarşıdurmalara səbəb oldu. Aprel döyüşləri və Tovuz hadisələrindən nəticə çıxarmayan, həmin əməliyyatlar zamanı aldığı ağır zərbələrin əvəzini çıxmaq arzusuna düşən Ermənistan yenidən Azərbaycana qarşı işğalçılıq əməllərinə başladı. Sentyabrın 27-dən cəbhənin Füzuli istiqamətindən növbəti dəfə ərazilərimizə hücuma keçməyi qarşısına məıqsəd qoyan Ermənistan bu dəfə gözlədiyindən daha sərt reaksiya və əks hücumla qarşılaşdı və nəticə etibarilə 30 ilə yaxın işğaıl altında saxladıqları Azərbaycan ərazilərinin bir qismindən qaçmaq məcburiyyətində qaldı. Artıq 5 gündür ki, qüdrətli Azərbaycan Ordusu erməni işğalçılarına qarşı uğurlu hərbi əməliyyatlar keçirərək düşmənə sarsıdıcı zərbələr vurur.

Ermənistanın hələ də öz təcavüzkar və işğalçı siyasətinə sadiq qalması, sülh danışıqlarından yayınaraq güc amilinə üstünlük verməsi bird aha sübut etdi ki, İrəvan region üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır və bu təhlükəni aradan qaldırmaq missiyası isə Azərbaycanın üzərinə düşür. Elə Milli Məclisin deputatı Pərvin Kərimzadə də bu qənaətdədir. O, bildirib ki,  Azərbaycana qarşı yeni hücumlar edən işğalçı Ermənistan hökuməti, nəinki bölgədə, Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə olduğunu bir daha göstərdi. Onun sözlərinə görə, İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan növbəti dəfə - sentyabrın 27-də səhər saatlarından Azərbaycana qarşı hücuma keçdi və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə aldı: "Müzəffər Azərbaycan Ordusu məkirli düşmənin çoxsaylı təxribatlarına cavab olaraq, cəbhəboyu əks-həmləyə keçib. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri, Murov zirvəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənərək, azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Ordumuzun zəfər yürüşü davam edir".

Deputat deyib ki, Ermənistan indiyə qədər mövcud status-kvonu qoruyub saxalamağa çalışıb və bu məsələdə dünya birliyinin işğalçıya qarşı susqun yanaşması da müəyyən mənada rol oynayıb. Pərvin Kərimzadə qeyd edib ki, bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimi öz əsl xislətini göstərməkdə davam edir: "İşğalçı Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, Azərbaycatın əzəli-əbədi torpaqlarında təxribat törətməsi, dinc sakinlərə atəş açması dünya ictimaiyyətinin gözü önündə baş verir. Təəssüflər olsun ki, bugünkü reallıqları əks etdirən faktları görməyən, daha doğrusu görmək istəməyən beynəlxalq təşkilatlar işğalçı Ermənistanın başına sığal çəkməklə məşğuldurlar. Faşist ideologiyasına xidmət edən işğalçı Ermənistanın terror əməlləri ilə bağlı beynəlxalq təşkilatlar əməli addımlar atmalı, dünya ictimaiyyəti ermənilərin insanlığa zidd əməllərini pisləməlidirlər. Dəfələrlə dövlət sərhədimizi pozmağa çalışan ermənilərin qarşısı anında Azərbaycan Ordusu tərəfindən alınıb. Hər zaman ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinə malik olan Azərbaycan Ordusunun uğurlu əməliyyatları Paşinyan hakimiyyətinin revanş götürmək cəhdini puç edib. Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırım və deportasiya faşizm siyasəti yürüdən ölkənin hakimiyyətdə olan şəxslərinin riyakar, ikiüzlü olmasını gizlətmək, hakimiyyətdə qalmaq üçün yeganə çıxış yolu olduğunu bir daha təsdiq etdi". Ermənistanın təcavüzkar və təxribatçı addımlarının beynəlxalq müstəvidə ifşa olunması istiqamətində görülən işlərə gəlincə isə, deputat bildirib ki,  bu istiqamətdə zəruri tədbirlər həyata keçiilir: "Müvafiq dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti də dünya ictimaiyyətini erməni təxribatları və vandalizmi haqqında mütəmadi olaraq məlumatlandırır. Dünya ictimaiyyəti görür ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələrinə və çağırışlarını heçə sayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir. Ölkə Prezidenti İlham Əliyev bir neçə gün əvvəl BMT Baş Assambleyasının 75-ci sessiyasi çərçivəsində keçirilən tədbirlərdə çıxışlarında Ermənistanın təxribatlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, Prezident Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi. İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi. Həmçinin işğalçı Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığı beynəlxalq icimaiyyətə çatdırıldı. BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasın keçirildiyi bir dövrdə işğalçı Ermənistan öz məkrli planından əl çəkmədi, təxribatlarını davam etdirdi".

Deputat deyib ki, müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək: "Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad edəcək. Dövlət-Xalq-Ordu birliyi sayəsində Azərbaycan bayrağı Şuşada dalğalanacaq".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31