Cəsarət Hüseynzadə: “Prezident İlham Əliyev diplomatiya sahəsində etdiyi mərd, açıq və net gedişləri ilə tarixə düşüb”

Nikol Paşinyanın bu dəfə də ənənəsinə sadiq qalaraq beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən rəzil duruma düşdü “Rusiyanın informasiya məkanı geniş və vacib seqmentdir. Bu baxımdan sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını informasiya və təbliğat baxımından çox uğurlu alındı. Qeyd etmək lazımdır ki, “Rossiya-1”  Rusiyanın ən böyük tamaşaçı auditoriyasına malik televiziya kanalıdır.

Nikol Paşinyan bu dəfə də ənənəsinə sadiq qalaraq beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən rəzil duruma düşdü

"Rusiyanın informasiya məkanı geniş və vacib seqmentdir. Bu baxımdan sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı  informasiya və təbliğat baxımından çox uğurlu alındı. Qeyd etmək lazımdır ki, "Rossiya-1"  Rusiyanın ən böyük tamaşaçı auditoriyasına malik televiziya kanalıdır.

Prezident İlham Əliyev çıxışında bir neçə gün ərzində erməni təbliğat maşını tərəfindən bəzi xarici auditoriyalara ötürülən feyk-nyusları ifşa etdi. Prezident eyni zamanda açıq formada bu hərbi əməliyyatların ermənilərin sentyabrın 27-də hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərimizi  şiddətli artilleriya atəşinə tutması nəticəsində baş verdiyini bildirdi."

Bu fikirləri fikirləri Olaylar.az-a açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

Cəsarət Hüseynzadə bildirir ki, bu təxribatın artıq neçənci dəfə baş verildiyi və Ermənistana dəfələrlə xəbərdarlıq edilməsi diqqətə çatdırılıb:

"Ölkə başçısı artıq bu təxribatlara sərt cavab verilməyinin vacib olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev diplomatiya sahəsində etdiyi mərd, açıq və net gedişləri ilə tarixə düşüb. O, fikirlərini və mövqeyini açıq formada çəkinmədən bildirir. Elə müsahibə zamanı da Türkiyə rolu məsələsində də prezident açıq və aydın izahat verib: "Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib." Bununla yanaşı ölkə başçımız Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübutun və buna zərurət olmadığın  bildirib.

Qeyd edim ki, müsahibədə aparıcılar tərəfindən bir çox suallar səsləndirildi. Bütün suallara ölkə başçısı tərəfindən aydın və məntiqli cavablar verildi.

Xüsusən  Prezident tərəfindən münaqişənin  sülh yolu ilə həll olunması müstəvisində Ermənistanın ötən müddətdə destruktiv mövqeyi və bunun nəticəsində danışıqların tamamilə dayandırılması məqamı ön plana çəkildi. Bu baxımdan Azərbaycanın danışıqlara və nizamlama prosesinə sadiqliyi xüsusi qeyd olunmuşdur.

Azərbaycan prezidenti çıxışında qətiyyətli və sərbəst formada xalqın mövqeyini cəsarətlə beynəlxalq ictimaiyyətə çatdırdı."

Nikol Paşinyanın bu dəfə də ənənəsinə sadiq qalaraq beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən rəzil duruma düşdüyünü qeyd edən Cəsarət Hüseynzadə qeyd edir ki, Ermənistanın baş nazirinin çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurma məlumatlar öz əksini tapır:

"Bununla yanaşı Paşinyanın ümumi davranışlarında narahatlıq və qorxu elementləri açıq və aydın görünürdü.

Bütün çıxışı boyu, heç bir fakta istinad etməyən Paşinyan təkrar - təkrar F16 və Türkiyə mövzusunda eyni fikirləri müxtəlif formada təkrar etdi. İntellektual baxımdan dövlət başçısı səviyyəsində olmayan bu erməni ümumiyyətlə ona ayrılan 12 dəqiqəni məntiqsiz və nizamsız sözlərlə başa vurdu. Həmçinin hər iki rəhbərə 12 dəqiqə vaxt ayrılmasına baxmayaraq İlham Əliyev auditoriyaya Paşinyandan 1,5 dəfə artıq məlumat verməyə nail oldu.

İlham Əliyev bundan öncəki debatda da ingilis dilini mükəmməl bilməyi ilə Paşinyanı eyni formada rəzil duruma salmışdı. Nəticədə Paşinyan özü dili ilə demişdir ki, Qarabağ Azərbaycanın ərazisidir.  Həmin proqramda iştirak edən "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko da çox açıq formada bu çıxışlarla bağlı qiymətləndirmə aparıb.

" Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir."

Həmçinin ekspert beynəlxalq hüquqa istinadən bildirir ki, biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq: "Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır."

Bu təkcə İqor Korotçenkonun mövqeyi deyil. Demək olar ki, müstəqil ekspertlər tərəfindən İlham Əliyevin çıxışı ilə Nikol Paşinyanın çıxışı arasında çox böyük intellektual, mənbələrə istinad fərqinin olduğu qeyd olunur. Siyasi kuluarlarda ümumiyyətlə  Paşinyanla bağlı müxtəlif lətifələr dolaşmaqdadır. Azərbaycanın dövlət rəhbəri ilə bağlı isə əsas mövqe ondan ibarətdir ki, Cənab Prezident peşəkar diplomatdır, MDBMİ və Heydər Əliyev məktəblərinin məzunudur və Azərbaycanın haqq işini cəsarətlə və peşəkarlıqla  müdafiə edir."

Müsahibim  xüsusi olaraq vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribat nəticəsində Azərbaycanın əks həmlə ilə düşmənə sarsıdıcı zərbə vurması və ilk gündə 7 kəndin düşməndən azad etməsi Ermənistanı ciddi təşvişə salıb:

"Ermənistan həmişəki kimi Azərbaycan ordusunun qarşısında aciz qaldığı üçün qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutur. 27-30 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhalidən 14 nəfər həlak olub, 46 nəfər yaralanıb. Erməni vəhşiliyinin bir nümunəsi də məhz həlak olan şəxslər arasında  2 məktəblinin də olmasıdır. Xarici ölkə rəhbərlərinə hər gün zəng edən və yazıq görkəm alan Paşinyan müharibənin dayandırlması üçün kömək istəyir və guya Azərbaycanın beynəlxalq hüquqa zidd addımlar atmasını bildirir.

Halbuki Ermənistan hərbi birləşmələrinin əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmağı beynəlxalq humanitar hüquqa ziddir.

Ermənistanın bu hərəkətləri müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasına daban-dabana ziddir.

Beynəlxalq hüquq  adı altında danışan Paşinyan Azərbaycanın hər hansı konvensiyaya zidd addım atdığını söyləyə bilməz.

Lakin Azərbaycanın eyni zamanda əlində BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884) olduğunu yaddan çıxarmamalıdır. Bu qətnamələr açıq formada Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd- şərtsiz tərk etməsini tələb edir.

Hazırda Azərbaycan tərəfi 27 ildir ki, icra olunmayan bu qətnamədə göstərilən ərazilərin azad olunmasın həyata keçirir.

Xatırladaq ki, həmin qətnamələrdə erməni qoşunlarının Kəlbəcər, Ağdam,  Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər ərazlərdən geri çəkilməsini və erməni silahlı dəstələrinin həmin ərazilərdən  çıxmasını  tələb edilirdi."

"Ordumuz qarşısında aciz qalan düşmən müxtəlif formalı təxribat versiyaları üzərində mütəmadi olaraq işləyir. Azərbaycan Ordusunun ancaq hərbiçilərə və hərbi obyektlərə zərbə vurduğunu bilən ermənilər öz hərbi mövqelərini mülki şəxslərin yaşadığı məntəqələrə çəkməklə həm qorunmaq, həm də mülki şəxslərin öldürülməsinə şərait yaratmaq istəyirlər. Nikol Paşinyanın 8 may 2018-ci il tarixində Ermənistanın baş naziri seçilməsindən bu günədək 30-a yaxın təxribat xarakterli fəaliyyət həyata keçirmişdir. Paşinyanın bu addımlarının  bir çoxu daxili auditoriya hesablanmış və fikirləri Ermənistanda hökm sürən ağır iqtisadi  çətinliklərdən  yayındırmaq məqsədi daşıyır."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31