İlham Əliyevin "Rossiya1" telekanalına verdiyi müsahibə düşmən tərəfə atılacaq ən güclü raketdən də böyük effekt verdi
“İgid Azərbaycan əsgəri bütün cəbhə boyu düşməni darmadağın edir. Bir birinin ardınca kəndlərimizi, yaşayış məntəqələrimizi, strateji yüksəklikləri geri qaytarırıq.
30 Sentyabr 2020 14:17 Siyasət"İgid Azərbaycan əsgəri bütün cəbhə boyu düşməni darmadağın edir. Bir birinin ardınca kəndlərimizi, yaşayış məntəqələrimizi, strateji yüksəklikləri geri qaytarırıq. Otuz ildir beynəlxalq təşkilatların görə biləcəyi işi, amma etmədiklərini Ordumuz sürətlə həll edir". Olaylar" xəbər verir ki, bunu deən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, tanklarımızın, toplarımızın səsindən yer-göy titrəyir: "Qəhrəman əsgərlərimiz yağıya göz açmağa imkan vermir. Ermənilərin itkilətinin sayı hesabı yoxdur. Artıq təcavüzkar ölkənin bütün şəhər və kəndlərinə tabutlar gedir. Durmasalar, könüllü kapitulyasiya etməsələr, silahı yerə qoymasalar, hər bir ermeni ailəsinin"qara kağız" olacağına şübhə yoxdur. Çöllər işğalçı ordunun hərbçilərinin leşleri ilə doludur. Batan gəminin içindəki siçanların göyərtəyə yığışıb fəryad qopardıqları kimi, düşmən yaraqlıları əsgərimizin nərəsindən vahimələnərək geri qaçırlar. Bunu Ermənistandakı müstəqil tv-lərdə, sosial şəbəkələrdə paylaşılan kadrlar da sübut edir. Hərbi polis mövqelərini qoyub qaçan əsgər maşınlarının təkərlərini gülləyə tutur. Avtomatın qundağı ilə şüşələrini çilik-çilik edir".
Onun sözlərinə görə, qəhrəman əsgərimiz döyüş meydanında düşməni əzdiyi kimi, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev də təcavüzkar dövlətin rəhbərini bütün dünyanın gözü önündə siyasi meydanda qatlayıb dizinin altına qoyur: "Dünən dövlətimizin rəhbərinin "Rossiya 1" telekanalına verdiyi canlı müsahibə düşmən tərəfə atılacaq ən güclü raketdən daha böyük effekt verdi. Ermənilərin, onların havadarlarının artıq deməyə sözləri qalmadı. Bütün dünya başa düşür ki, Cənubi Qafqazda Rusiyanın forpostu olan Ermənistan öz militarist siyasəti ilə bütün regionda sülhə,sabitliyə əngəldir. Gərginlik qaynağıdır. Bu qaynağı məhv etməklə Azərbaycan Ordusu geniş bir coğrafiyanin təhlükəsizliyinə, dünyada sülhün,əmin-amanlığın yaradılmasına böyük töhvə verir. Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun Şanlı Əsgərimızə!