Deputatlar İsraildə səfirliyimizin açılmasını İstəyirlər
“Biz xarici ölkələrdə nə qədər çox səfirlik açsaq, bizim üçün o qədər yaxşıdır”.
30 Sentyabr 2020 13:57 Siyasət"Biz xarici ölkələrdə nə qədər çox səfirlik açsaq, bizim üçün o qədər yaxşıdır". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, İsraildə də bizim səfirliyimizin açılması çox vacibdir. Deputat Fəzail Ağamalı da deputat həmkarının fikirlərinə qoşulub: "İsrail bizim ən yaxşı tərəfdaşlarımızdan biridir. İsraildə də səfirliyimizin açılmasının tərəfdarıyam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31