Erməni generalı və zabitlərinin olduğu bunker dağıdıldı: sağ qalmaları mümkünsüzdür
30 Sentyabr 2020 05:35 SiyasətAzərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, zərbə "Harop" dağıdıcı dronu vasitəsilə endirilib.
Məlumata görə, bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəliləri olub.
"Zərbənin miqyası bunkerdən kimsənin sağ qurtula bilmədiyini göstərir", - deyə mənbə əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31