Myanmarın Beynəlxalq Əməkdaşlıq naziri: "Rohingyada yaşananlar dini deyil, siyasi problemdir"

Myanmarın Beynəlxalq Əməkdaşlıq naziri: "Rohingyada yaşananlar dini deyil, siyasi problemdir"

"Bu gün dünya bir sıra çətinliklə üzləşir, xüsusilə də, neokolonializm elementlərinə dünyanın inkişaf etməkdə olan regionlarında təsadüf edilir. Terrorizm, iqlim dəyişikliyi, inhisarçılıq, yoxsulluq və aclıq ölkələri təhdid edir".

Bu sözləri Qoşulmama Hərəkatının (QH) Bakıda keçirilən XVIII Zirvə Görüşündə çıxışı zaman Myanmarın Beynəlxalq Əməkdaşlıq naziri U Kyav Tin deyib.

U Kyav Tin qeyd edib ki, QH-nın fundamental prinsipləri qorunub saxlanmalı, hər bir üzv dövlətə bərabər münasibət göstərilməlidir: "Problemlər qarşılıqlı dialoq, hörmət əsasında həll olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31