Suriyadakı terrorçular qonşu dövlətlərin ərazisindən Azərbaycana keçə bilər- TƏHLÜKƏ
Suriyadakı terrorçular qonşu dövlətlərin ərazisindən Azərbaycana keçə bilər- TƏHLÜKƏ
25 Oktyabr 2019 14:10 SiyasətTürkiyənin uğurlu antiterror əməliyyatlarından geri çəkilən PKK və onun Suriya uzantısı sayılan YPĞ terrorçularının Cənubi Qafqaz, xüsusilə də Azərbaycana keçmək ehtimalları böyükdür. "OLAYLAR"-a etibarlı mənbədən daxil olan məlumata görə, "Barış pinarı" antiterror əməliyyatından canlarını sağ qurtaran terrorçular üçüncü ölkə, qonşu dövlətlərinin birinin ərazisindən Azərbaycana keçə bilərlər. Terrorçuların əsasən Azərbaycana üz tutmalarının başlıca səvbəbi isə rəsmi Bakının Ankara ilə dost-qardaş olması, eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən zirvə görüşündə Türkiyənin antiterror əməliyyatına dəstək bəyanatının qəbul edilməsidir.
Mənbənin məlumatına görə, terrorçuların Azərbaycanda terror aksiyaları da həyata keçirməsi mümkündür. Bu zaman əsas hədəf kimi Türkiyənin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusları və şirkətləri seçilə bilər.