İlham Məmmədov Türkiyəyə səfər edəcək
İlham Məmmədov Türkiyəyə səfər edəcək
25 Oktyabr 2019 13:08 SiyasətMilli Məclisin deputatı Ilham Məmmədov Türkiyə Böyük Millət Məclisi və Asiya Parlament Assambleyasının təşkilatçılığı ilə İcraedici Şuranın 1-ci iclasında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Rizə şəhərinə səfərə gedəcək. "Olaylar" xəbər verir ki, millət vəkili Siyasi Məsələlər, Büdcə və Planlaşdırma Daimi komitələrinin iclaslarına qatılacaq. Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər oktyabrın 28-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31