Berdiməhəmmədov Bakıya gəldi
Berdiməhəmmədov Bakıya gəldi
25 Oktyabr 2019 10:47 SiyasətTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycana səfərə gəlib.
Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31