Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini ilə regional məsələlər ətrafında fikir mübadiləsi aparıb

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini ilə regional məsələlər ətrafında fikir mübadiləsi aparıb

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Əbdülrəhman Əli Əl-Rassini qəbul edib. "Olaylar" xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud olan sıx münasibətlərin inkişaf etməsindən məmnunluq ifadə olundu. Bu mənada, iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə turizm sahəsində müşahidə edilən müsbət dinamika qeyd olundu.Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildirdilər. Eyni zamanda, BMT-nin 2030 il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edildi.Nazir Elmar Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirdi.

Səudiyyəli rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31