Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə əsir və girovlardan danışıb
Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə əsir və girovlardan danışıb
24 Oktyabr 2019 15:20 SiyasətAzərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə ediliib.E.Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir saxlanılan əsir-girovların "hamının-hamıya" prinsipi əsasında azad olunması məsələsinə toxunaraq bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib.
P.Maurer, öz növbəsində, BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.Sonra BQXK-nin prezidenti QH-nin Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə gətirib.