Afrika İttifaqının Siyasi məsələlər üzrə Komissarı XİN-də olub

Afrika İttifaqının Siyasi məsələlər üzrə Komissarı XİN-də olub

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Afrika İttifaqının Siyasi məsələlər üzrə Komissarı Sessuma Minata Samateni qəbul etdi. "Olaylar" xəbər verir ki, qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri barədə məlumat verərək ölkəmizin Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.

Öz növbəsində, Azərbaycanda olmasından məmnunluğunu bildirən S.M.Samate ölkəmizdə iqtisadi sahədə yüksək inkişafı müşahidə etdiyini diqqətə çatdırdı. Eyni zamanda, o, Afrika İttifaqının bir sıra sahələrdə, ələxüsus ictimai xidmətlər sektorunda ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğuladı.Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31