Elmar Məmmədyarov iraqlı həmkarı ilə görüşdü

Elmar Məmmədyarov iraqlı həmkarı ilə görüşdü

Görüşdə Azərbaycan və İraq arasında mövcud olan ikitərəfli münasibətlərin səviyyəsindən məmnuniyyət ifadə olundu. 

Həmçinin görüşdə, Azərbaycanla İraq arasında iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyindən bəhs edən nazirlər qarşılıqlı faydalı əlaqələrin hər iki xalqın mənafeləri naminə daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildirdilər. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar-a verilən məlumata görə, İraq XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə ali dəyərlərin təbliğinin qlobal sülh və əmin-amanlığa xidmət edəcəyini ifadə edib və ölkəmizə sədrliyi dövründə uğurlar diləyib.

Görüşün sonunda Nazir Məhəmməd Əli Əlhakim Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31