Ölkəmizdə sarsılmaz iqtidar-xalq birliyi mövcuddur- MÜNASİBƏT

Ölkəmizdə sarsılmaz iqtidar-xalq birliyi mövcuddur-MÜNASİBƏT

Eldar İbrahimov: "Bu birlik hər hansı qanunazidd hərəkətin qarşısını cəsarətlə alacaq"

Azərbaycanda içtimai-siyasi sabitliyi pozmağa cəhd edən kəsimlər ölkə ictimaiyyəti tərəfindən qınanılmaqdadır. Ölkə vətəndaşlarını ən çox narahat edən məqam həmin qüvvələrin Azərbaycanı istəməyən xarici dairələr tərəfindən idarə olunmasıdır. Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Onlar qanundan kənar, qanuna zidd fəaliyyət həyata keçirmək, müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. B.Muradova  bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi: "Haqqında danışdığımız qruplara baxaq və onların hərəkətlərinin nəticələri barədə fikirlərimizi korrektə edək. Onların bu cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur. Onlardan bunu hansısa kütlə, təbəqə də gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bu günkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur". Vitse-spiker qeyd edib ki, həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundan kənar hərəkətlər nəyə gətirib çıxara bilər: "Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biləcəyini göstərdilər. Polisi gözdən salmağa çalışmaqla, yalan məlumatlar yaymaqla, polisi hədəfə çevirməyə yönələn səylər nəyə gətirib çıxara bilər, bunu göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycan, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezident, Prezident-xalq birliyi, vətənldaşların mütləq əksəriyyətinin həmrəyliyi var".

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu. Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə "Valdav" Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə göşünündən əvvəl təşkil edilməsi heç də təsadüfi deyil". E.İbrahimov bildirib ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqların təmin olunduğu, sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Hesab edirəm ki, bu mitinq yox, təxribat törətmək niyyəti ilə edilibdir. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərmək istəyi olub: "Qeyd etmək istəyirəm ki, daxili işlər orqanları həmişə olduğu kimi bu dəfə də xalqımızın asayişini qorumaq üçün güc tətbiqinə yol vermədən və xüsusi vasitələrdən istifadə etmədən bütün tədbirləri qanunauyğun formada vaxtında və layiqincə həyata keçirdilər. Mən bir vətəndaş kimi qanun keşikçilərinə öz təşəkkürümü bildirirəm. Adını müxalifət qoyub xalqına və dövlətinə qənim kəsilən Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu birlik hər hansı bir qanunazidd hərəkətlərə cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyacaq. Qoy onların ağaları da bunu yaxşı başa düşsünlər və anlasınlar ki, bu cür ləyaqətsiz hərəkətlər heç bir fayda verməyəcək". Millət vəkili Fərəc Qliyev qeyd edib ki,  dövlət böyük bir ailədir. Bu ailənin sabitliyi, bu ailənin təhlükəsizliyi mövzu olanda orda müxalifətçilik olmur. Burda hər kəs bitərəf olmasından, siyasətlə məşğul olub olmamasından asılı olmayaraq özünün şəxsi və qrup maraqlarını düşünmədən dövlət maraqlarına qurban verməlidir: "Ölkədə destuktiv fəaliyyət göstərən təşkilatların törətdiyi hadisədə, təkcə o iştirakçıların deyil, həm də onlara şərait yaradanların günahı vardır. Milli Şura xaricdə yaradılan bir qurumdur, ona maliyyə dəstəyi vermək üçün də hətta yardımcı Milyarderlər İttifaqı yaradılmışdı. Bu açıq-aydın casusluq fəaliyyətidir, hələ mən vətənə xəyanətdir deyimini qoyuram bir kənara. Bu adamların fəaliyyətinə nəinki icazə verilməməlidi, bu adamlar qanun qarşısında cavab verməlidir".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31