“Dövlət başçısının islahatları Azərbaycanı dinamik inkişafa aparır” - Şərh

“Dövlət başçısının islahatları Azərbaycanı dinamik inkişafa aparır” - Şərh

"Cənab prezident İlham Əliyevin kadr islahatları ölkəmizin dinamik inkişafı üçün çox vacibdir. Zaman irəlilədikcə, ölkəmiz inkişaf edib, böyüdükcə yeni tələbatlar meydana çıxır. Və əvvəlki, məmurlarımız, hökümət üzvləri artıq bu tələbəatı ödəmirlər. Cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi artıq potensiallı gənclər irəli çəkilməli və artıq dövlət işlərində onlardan istifadə edilməlidir". Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, kadr islahatları dövrün tələbinə çevirilib: "Ölkə ictimaiyyəti də bu halı müsbət qiymətləndirir. Ümid edirəm ki, ən yaxın zamanda cənab prezidentin məsləhətlərinə uyğun olaraq digər yaşlı hökümət üzvləri və məmurlarımız da öz postlarından istefa verərək yerlərini gənc kadrlara buraxacaqlar. Bu ölkəmizin keçdiyi inkişaf yolunda əsaslı dönüş yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31