Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
22 Oktyabr 2019 15:57 SiyasətPrezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə başsağlığı verib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31