Belçika polisinin zorakılığını Azərbaycan polisinin əməlləri kimi təqdim etmək böhtan və qarayaxmadır – Şərh

Belçika polisinin zorakılığını Azərbaycan polisinin əməlləri kimi təqdim etmək böhtan və qarayaxmadır – Şərh

"Son günlərdə Azərbaycanda xaos yaratmaq istəyən bəzi xarici və onların nökəri olan antimilli qüvvələrin fəallığı açıq-aşkar hiss olunmaqdadır. Azərbaycanda təxribatlar törətməyə, möhkəm sabitliyi pozmağa çalışan bu qüvvələr ən çirkin vasitələrdən, açıq şər və böhtan, qarayaxmalardan istifadə edirlər. Oktyabrın 16-da Bakıda "milli şura"nın qanunsuz küşə yürüşünə cəhdi zamanı ictimai asayişi təmin edən Azərbaycan polisinə qarşı qarayaxma kampaniyası da xaricdən idarə olunan ssenarinin tərkib hissəsi hesab edilə bilər".

Bu fikirləri Olaylar.az-a YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev deyib.

O bildirib ki, bu qüvvələr Avropada baş verən ən qəddar poliz zorakılıqlarını Azərbaycanın adına yazmaqdan belə çəkinməyəcək qədər şərəfsziliyə əl atırlar: "Bir neçə ay qabaq Belçikanın paytaxtı Brüsseldə keçirilən aksiya zamanı Belçika polisinin vətəndaşlara qarşı törətdiyi qəddarlığı Azərbaycan polisinin əməlləri kimi təqdim edir, polisimizin adına yazmağa çalışırlar. Bu, Azərbaycan dövlətinə, Azərbaycan Polsinə qarşı böhtandır, şər atmaqdır, polisimizi ləkələməkdir. 
Bu qarayaxma kampaniyasının iştirakçıları və idarə edənlər Avropanın mərkəzində aksiyalar zamanı dinc etirazçıların üzərinə yürütdüyü itlərin, atların, istifadə etdikləri ağır dəyənəklərin və rezin güllələrin insanlara vurduğu ağır xəsarətləri görməyəcək qədər utanmazdırlar". 

Onun sözlərinə görə, özlərini demokratiyanın rəmzi hesab edən bəzi dövlətlərin maraqlı qüvvələri də öz eyiblərini gizlədərək Azərbaycan Polisinin adına qara yaxmaqla bir daha bütün siyasi və ictimai əxlaq normalarını pozduqlarını, saxtakarlıqlarını və nümayiş etdirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31