Eldar İbrahimov: “Müxalifət icazəsiz yerdə aksiya keçirmək istəyib”
Eldar İbrahimov: “Müxalifət icazəsiz yerdə aksiya keçirmək istəyib”
22 Oktyabr 2019 13:26 Siyasət"Ölkədə bütün azadlıqlar təmin olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Eldar İbrahimov deyib: "Ancaq müxalifət icazəsiz yerdə aksiya keçirmək istəyib. Onlar bununla təxribat törətmək niyyətində olublar. Həmişə olduğu kimi daxili işlər orqanları qanunauyğun formada tədbirlər görüb. Adını müxalifət qoyub, xalqına, dövlətinə qənim kəsilən Əli Kərimli kimilər bilməlidir ki, dövlətimizdə sabitlik daim qorunacaq. Bunu onların ağaları da başa düşsünlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31