Azərbaycana qarşı ikili standartların bariz nümunəsi

Azərbaycana qarşı ikili standartların bariz nümunəsi

Beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartları davam etməkdədir. Belə ki, Azərbaycanda baş verən ən xırda hadisəni şişirtməyə adətkar olan beynəlxalq qurumlar məqsədli şəkildə heç bir həqiqətə sığmayan bəyənatlar verməklə ölkəmizi gözdən salmağa çalışırlar. Çox təəssüflər ki, buna rəğmən həmin təşkilatlar Avropa ölkələrində baş verən zorakılığı ya görməməzliyə vururlar, ya da normal davranış kimi təqdim etməyə cəhd göstərirlər. Belə halda "öz gözündə tiri görməyən" Avropa insan hüquqları müdafiə təşkilatlarının Azərbaycanda "çöp axtarmaq" niyyəti gülünc görünür.

Bu şəkildə görünən faktlar Avropa ölkələrində mitinqçilərə qarşı polis tərəfindən tətbiq olunan şiddət nümunəlıridir. Bunların hansı oktyabrın 19- da gözə çarpıb? Aksiyada polis zorakılığı barədə şivən qaldıranların məqsədi sadəcə ölkəni beynəlxalq aləmdə pis vəziyyətə qoymaqdır. Onlar özləri də yaxşı bilirlər ki, Azərbaycan polisi avropadakılardan daha etik və təmkinli davranıb. Daha dəqiq, Avropa polisləri kimi aksiya iştirakçılarına qarşı su şırnağı, rezin güllə və xüsusi qazdan istifadə edilməyib. Heç ictimai asayişi təmin edən hüquq-mühafizə orqüanlarına qarşı müqavimət göstərən, polisin qanuni əmrinə tabe olmayan radikal aksiya iştirakçıları Avropa ölkələrində olduğu kimi atların tapdağı altında qalmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31