Məhdud saylı xəyanətkarlar istisna olunmaqla bütövlükdə xalqımız prezident İlham Əliyevlə birgədir
Məhdud saylı xəyanətkarlar istisna olunmaqla bütövlükdə xalqımız prezident İlham Əliyevlə birgədir
21 Oktyabr 2019 16:05 SiyasətRadikal siyasi düşərgənin ötən həftə sonu paytaxtda gərginlik yaratmaq, ictimai asayişi pozmaq kimi cəhdləri cəmiyyətin bütün təbəqələri tərəfindən birmənalı olaraq pislənilib, radikal siyasi düşərgənin bu hərəkətləri kəskin tənqid olunub. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da oktyabrın 19-da Milli Şura adlanan qurumun paytaxtda gərginlik yaratmaq cəhdini qəti şəkildə pisləyib. O, qeyd edib ki, oktyabrın 19-da Milli Şuranın AXCP ilə birgə keçirdiyi mitinqi həmin gün və sabahı BBC, Meydan TV, Kanal 13, Açıq Söz TV vasitəsilə diqqətlə izləyib: "Gültəkin Hacıbəylinin Qənimət Zahidlə yalan üzərində qurulan ürəkbulandırıcı və hətta aparıcını belə darıxdıran debatına da xeyli vaxtımı itirməli oldum. Tam əminəm ki, Əli Kərimlinin patronları da bu bir saatlıq komediyanın gedişini həssaslıqla izləyib və dərin peşmançılıq keçiriblər. Məhdud sayda başı pozuq, daha çox yaşlı kişi və qadınların, aldadılmış və pulla ələ alınmış, intelekti aşağı olan garagürühün iştirak etdiyi növbəti şou biyabırçılıqla sona çatdı. Bir daha bəlli oldu ki, sosial şəbəkə qəhrəmanı, partiya sədrindən çox bloger statusunu daşıyan Əli Kərimli siyasi dayaqlardan tam məhrumdur, hətta Tofiq Yaqublu istisna olunmaqla Milli Şurada təmsil olunanlardan heç kəs onunla bərabər deyildilər.
Təklənmiş və milli simasını itirən Əli Kərimlinin niyyəti bu teatrda tam aydınlaşdı. Bəlli oldu ki, onun məqsədi əslində, bayraq etdiyi bir sıra sosial problemlərin həlli deyil, əsası olmayan şüarlarla bu və ya digər səbələrdən narazı olanların emossiyalarından yararlanıb, ölkədə xaos və anarxiya yaratmaq, kiçik səhnəcikləri tədricən kütləviləşdirib, xalqla dövlət arasında münasibətləri zədələmək, inamsızlıq və etimadsızlıq mühiti yaratmaq, vətəndaş qarşıdurmasını alovlandırmaq və dövlətçiliyimizə ağır zərbə vurub əldə etdiyimiz bütün uğurları yerlə-yeksan etməkdir".
AVP sədri qeyd edib ki, bu antimilli mahiyyət daşıyan ssenarini ona xaricdən Anti-Azərbaycan qüvvələri və bu qüvvələr içərisində xüsusi yer tutan və Amerikada, Avropada güclü maliyyə və lobbi imkanları olan erməni təşkilatları ötürüblər: "Milli Azadlıq hərəkatında yeri olmayan, kölgədə gizlənən, tələbə yoldaşlarının ərsəyə gətirdiyi "Yurd" təşkilatını ən müxtəlif hiylələrlə mənimsəyən, Əbülfəz Elçibəyin çətin fiziki durumunda onun haqqında iyrənc şaiələr yayan, Qüdrət Həsənquliyevi, Fazil Mustafanı, Qulamhüseyn Əlibəylini, Əlimməməd Nuriyevi, Mirmahmud Fəttayevi onlarla digər partiyadaşlarını iyrəndirən, hər addımda ətrafındakıları min bir hiylə ilə aldadıb, havadarlarından aldığı pulları tək başına mənimsəyən, bütün müxalifət və siyasətçilərlə problem yaşayan Əli Kərimlinin niyyəti gözlənildiyi kimi fiaskoya uğradı. Lökbatandan imtina edib, şəhərin mərkəzində, metro ətrafında çoxsaylı insanların görüntüsü hesabına xal qazanmağa çalışan Milli Şura və AXCP təmsilçiləri sözün həqiqi mənasında tam iflasa məruz qaldılar. Məhdud sayda anarxistlərin niyyətləri, hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığı, təmkin və soyuqqanlığılə baş tutmadı. Xalqımız bir daha əmin oldu ki, təhlükəszliyimizə və sabitliyimizə böyük töhfələr verən polisimiz, təhlükəsilik xidmətlərinin əməkdaşları xalqımızım əmin-amanlığının və dövlətçiliyimizin keşiyindədir. Güclənməkdə və beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqda olan Azərbaycanı zəiflətmək, onu idarə edilən ölkəyə çevirmək, bir sıra dairələrin və bu dairələrdə yer alan dünya ermənilərinin son on ildə həyata keçirdiyi başlıca strateji xəttdir. Ardıcıl xarakter daşıyan xarici təsir və təhdidlərlə onlar öz məqsədinə çata bilmirlər.
Ölkə prezidentinin olduqca praqmatik, düşünülmüş, milli və dövlət maraqlarımıza töhfə verən, sistemli xarici siyasəti bizim ölkəmizi xarici təhlükələrdən ciddi şəkildə qorumaqdadır".
Millət vəkilinin spzlərinə görə. son iki ildir ki, özünü qabarıq şəkildə göstərən Azərbaycanlıların əlilə Azərbaycanı anarxiya və xaosa çevirmək, daxili müqaviməti və immuniteti zəiflətməklə öz məkirli məqsədlərini reallaşdırmağa çalışan Anti-Azərbaycan dairələri Əli Kərimli kimi anarxistdən və onu şar kimi şişirdən, ictimai-siyasi və mənəvi mühitimizi çirkaba batıran muzdlu mühacirlərdən də istifadə etməkdədir: "Bu gün dövlət müstəqilliyi ciddi təhdidlərlə üz-üzədir. Böyük əzablar, axıdılan qanlar, verilən çoxmilli şəhidlər bahasına qazandığımız milli dövlətçiliyimizi bizlər Anti-Azərbaycan dairələrinə, onların yanında yer alan antimilli qüvvələrə qarşı qətiyyətli, ardıcıl və güzəştsiz mübarizə aparmalıyıq. Dövlətimiz bu baxımdan öz missiyasını uğurla həyata keçirir. Buna şübhə yoxdur. Məhdud saylı xəyanətkarlar istisna olunmaqla bütövlükdə xalqımız dövlətimizlə, ölkə prezidenti İlham Əliyevlə birgədir. Bax, bu vəhdəti qorumalı və onu daha da möhkəmləndirməliyik. Aşağıdan yuxarıya bütün qurumlarda çalışan məmurlar xalqımıza qarşı daha həssas münasibət bəsləməli, onların müraciətlərinə diqqətlə yanaşmalı, qarşılaşdıqları problemlərin həllinə dərhal müdaxilə edib, onları aradan qaldırmalıdırlar. Ölkə prezidentinin apardığı, cəmiyyətimizi daha da gücləndirən və inqilabi xarakter daşıyan islahatlara maneçilik törədən məmurlar ranqından asılı olmayaraq məsuliyyətə cəlb olunmalı, onlara qarşı heş bir güzəşt edilməməlidir".
Məhəmməd
Olaylar.az