Dövlətçilik əleyhinə çağırış əmri uzaq ellərdən gəlmişdi- MÜNASİBƏT

Dövlətçilik əleyhinə çağırış əmri uzaq ellərdən gəlmişdi-MÜNASİBƏT

"Azərbaycanda sabitliyi pozmaq, dövlət institutlarına qarşı təxribatlar törətmək"

Sivil siyasi mübarizədə uğur qazana bilməyərək meydan psixologiyasını "uğur açarı" kmi seçən radikal müxalifət çox təəssüf ki, bunun da öhdəsindən gələ bilmədiyini ortaya qoydu.  Elə oktyabrın 19-da AXCP və Milli Şura tərəfindən keçirilən piket radikal müxalifətin bütün iç üzünü açmaqla yanaşı, özünüifşa aksiyasına çevrildi.Təkcə  mitinqi qarşıdurmaya çevirmək çəhdi dediklərimizi bir daha sübut etmiş olur. Məlumat üçün qeyd edək ki, dünyanın istənilən ölkəsində təşkil edilən etiraz aksiyalarında hüquq-mühafizə orqanları ictimai asayişin təminatçısı olaraq nəzarət funksiyasını yerinə yetirirlər. İnsafən qeyd edilməlidir ki, hüquq-mühafizə orqanlarımız da aksiya cəhdində səbirlik və dəyanət nümayiş etdirdilər. Özünü müxalifət adlandıran radikal qüvvələr, xüsusən AXCP sədri Əli Kərimli şəhərin mərkəzinə bir qrup qatı müxalifətçini toplamaqla Azərbaycan cəmiyyəti tərəfindən süpürülüb atıldıqlarını təsdiqlədi. Belə ki, radikal dəstədən başqa aksiyaya heç kimin qatılmaması onların rüsvayçı durumunu bir daha göstərmiş oldu. YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev deyib ki,  "milli şura" adlanan qaragüruh qrup və onların başçısı Əli Kərimli oktyabrın 19-da Azərbaycan qanunlarına hörmətsizlik edərək ictimai sabitliyi pozmağa və qarşıdurma yaratmağa cəhd etməklə bir daha təxribatçı və həm hiyləgər simasını nümayiş etdirdi: "Əli Kərimli özü də yaxşı bilirdi ki, dövlətin əleyhinə çağırşlar, antikonstitisyon hərəkətlərlə başlanan bu küşə yürüşünün dövlət tərəfindən qanunamüvafiq şəkildə qarşısı alınacaq. Bütün demokratik dünya ölkələrində olduğu kimi Azərbaycanın hüquq-mühafizə və digər müvafiq orqanları icazəsiz və dövlətçilik əleyhinə yönəlmiş bu təxribatı əngəlləyəcək. Bəs Əli Kərimli bunları bildiyi halda niyə bu təxribatlara əl atdı? Çünki əmr "böyük" yerdən gəlmişdi, ölkəni qarışdırmaq, xaos yaratmaq. Bu qüvvələrin aksiyadan əvvəl sosial şəbəkələrdəki dövlətçilik əleyhinə çağırışları və xaricdəki muzdlu sosial "bloqqerlərin" fikirlərində diqqəti cəlb edən ortaq bir məqam vardı: Azərbaycanın sabitliyini pozmaq, dövlətin institutlarına qarşı təxribatlar törətmək". Onun bildirdiyinə görə, "milli şura" üzvlərinin Vətənə və dövlətə xəyanətkarlığı, xarici dövlətlərin müyyən qüvvələrinin pulları hesabına Azərbaycanda sabitliyi pozmaq planları aksiya zamanı xaricilərdən mədət umması zamanı da gözdən qaçmadı: "Bu gün hər kəsə aydındır ki, Azərbaycan demokratik dövlətdir. Dövlətin funksiyası isə dövlətçiliyi qorumaqdır". Digər YAP-çı millət vəkili Eldəniz Səlimov da radikal müxalifəti, Milli Şuranı ölkədə gərginlik, qarşıdurma yaratmağa cəhd göstərməkdə ittiham edib. Qeyd edib ki, ancaq  nə edirlər-etsinlər, həmin qüvvələr heç zaman  niyyətlərinə, məqsədlərinə nail ola bilməyəcək, ən əsası Azərbaycan xalqı və dövləti buna imkan verməyəcək: "Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkə qanunlar və Konstitusiya ilə idarə olunur. Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir fərdin, hər bir kəsin hüquq və azadlıqları təmin edilir, mövcud qanunlar və Konstitusiya ilə qorunur. O cümlədən, ölkədə sərbəst toplaşmaq azadlığı hüququ tam təmin edilir. İqtidar, Bakı Şəhər İcra hakimiyyəti sərbəst toplaşmaq azadlığının təmin edilməsi və reallaşdırılması üçün də müvafiq yerlər ayırıb. Bir neçə gün öncə müxalifətə, Milli Şuraya da müraciətlərinə cavab olaraq, mitiniq üçün Lökbatanda yer ayrılmışdı. Əgər müxalifət, Milli Şura həqiqətən dediyi kimi, güclü, nüfuzlu, xalq arasında dəstəyi yetərli, sosial dayaqları kifayət qədər idisə, onlar üçün ayrılan məkana gedər, dediklərini faktlarla sübut edər, hər kəsi da fakt qarşısında qoyardılar. Amma özləri də əsl vəziyyətin, durumlarının, sosial dayaqlarının nə yerdə olduqlarını gözəl bilirdilər. Bilirdilər ki, ora getsələr, daha da biabırçı duruma düşəcəklər, tədbirlərinə ən yaxşı halda min-iki mindən artıq adam qatılmayacaq. Ona görə də məkan, yer məsələsini növbəti dəfə bəhanə gətirərək, qarşıdurma, gərginlik yolunu tutdular. Qanunsuz, razılaşdırılmamış aksiyaya cəhd etməklə, digər vətəndaşların hüquqlarını pozdular. Həmçinin, onlara kənardan işarə verənlərə Azərbaycanın üzərinə yürümək, çamur atmaq üçün növbəti fürsət tanımağa çalışdılar.Amma nə edirlər-etsinlər, alınmayacaq, necə ki, indiyə qədər alınmayıb, alınmır. Yenə də və bir daha fiaskoya, məğlubiyyətə məhkum oldular və olacaqlar. Həm də birdəfəlik dərk etməlidirlər ki,  Azərbaycanda, hakimiyyət məsələsi küçələrdə həll olunmur. O dövr, inqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb. Azərbaycanda hakimiyyət məsələsini seçkilər, Azərbaycan xalqının iradəsi, demokratik seçimi həll edir. Əgər özlərinə belə əmindirlərsə, güclərini seçkilərdə sınasınlar, qalib gəlsinlər. Qabaqlarını kəsən var?! Amma əmin deyillər, özləri-özlərinə inanmırlar. Özlərinə inamı, güvəni olmayanlara da kim güvənəcək, etimad edəcək ki? Heç kim! Odur ki, Azərbaycan bu günə qədər qanunlarla idarə olunduğu kimi, bundan sonra da qanunun sərt və birmənalı üzü ilə idarə olunacaq, heç kimə qanundankənar fəaliyyətə icazə və imkan verilməyəcək, "bəlkə də qaytardılar" olmayacaq".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31