"Əli Kərimli qanun qarşısında cavab verməlidir"

"Əli Kərimli qanun qarşısında cavab verməlidir"

Əli Kərimli şəhərin mərkəzində insanları qanunsuz aksiyaya təhrik etdiyinə, ictimai asayişi pozduğuna görə qanun qarşısında cavab verməlidir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, elektoratı olmayan bir qrupun məqsədi yalnız pozuculuq və xəyanətdir: "Bakı Şəhər İcra Hakimiyyəti bunlara dinc mitinq keçirmək üçün yer ayırmışdı. Lakin onlar həmin yerə getməkdən imtina edərək şəhərin mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etdilər. Buradan aydın görünür ki, onların məqsədi dinc aksiya keçirmək deyil, təxribat törətməkdir. Onlar bu tapşırığı xaricdən alırlar və xalq da kimin kim olduğunu yaxşı bilir, belə ünsürlərə dəstək vermir".

İ.Məmmədov qeyd edib ki, Əli Kərimli törətdiyi bu əmələ görə qanun qarşısında cavab verməlidir: "Dövlətini sevən, Prezidentimizin qayğı və diqqətini gündəlik həyatında hiss edən milyonlarla insanının səbri bir gün tükənəcək.​ Bu gün dünyanı bürümüş gərginlik və xaosda niyə imkan vermirsiniz ki, xalqımızın qurbanlar, gərgin zəhmət və mücadilələrlə qazanmış olduğu sabitlik​ və firavanlıq qorunsun. Axı sənin ağalarının ayrı-ayrı ölkələrə ixrac etdiyi "demokratiya" o ölkələri viran qoyub. Ancaq Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev ağıllı, uzaqgörən və cəsarətli siyasəti nəticəsində, onu sevən, güvənən xalqımızdan güc alaraq Azərbaycanı sabitlik adasına çevirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31