Arif Rəhimzadə MDB-nin tədbirinə sədrlik edəcək

Arif Rəhimzadə MDB-nin tədbirinə sədrlik edəcək

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının  (MDB PA) Sosial siyasət və insan hüquqları  daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının  Sankt-Peterburq  şəhərinə səfər edib. MM-dən "Olaylar"a bildirilib ki, Arif Rəhimzadənin sədrliyi ilə keçiriləcək tədbirdə IV Sankt-Peterburq  Beynəlxalq  əmək  Forumuna hazırlıqla bağlı fikir mübadiləsi, model Əmək və Miqrasiya məcəllələri, "Qaçqınlar  haqqında", "MDB-yə üzv ölkələrdə sağlamlığın qorunması ilə bağlı  uşaqların hüquqlarının  təmin edilməsi  haqqında" ,"Psixiatrik  yardım və onun vətəndaşlara göstərilməsinin təminatı haqqında", "Orqan donorluğu haqqında" model qanun layihələri, habelə "Vətəndaşların hüquqi statusu ilə bağlı məlumatların  əldə edilməsi haqqında" tövsiyə xarakterli sənədlər müzakirə olunacaq. İclasda təşkilati məsələlərə də baxılacaq. Toplantıda Arif Rəhimzadə MDB-nin perspektiv model qanunvericilik planının 2016-2020-ci illər üzrə yekunları və  2020-2022-ci illər üzrə verilən təkliflər  barədə və digər mövzularda məruzə edəcək. Səfər oktyabrın 23-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31