Əli Kərimlinin siyasi iflası- RƏYLƏR
Əli Kərimlinin siyasi iflası-RƏYLƏR
21 Oktyabr 2019 13:10 SiyasətYaxud radikal siyasi düşərgənin cəmiyyətdə gərginlik yaratmaq cəhdi
Radikal siyasi düşərgə oktyabrın 19-da bir daha qanunsuzluğa, ictimai asayişi pozmağa cəhd göstərərək ölkədə xaos, anarxiya yaratmaq məqsədinə xidmət etdiyini təsdiqlədi. 15-20 nəfərlə şəhərin müxtəlif istiqamətlərində gərginlik yaratmaq, xalqı itaətsizliyə səsləmək, polisə qarşı güc tətbiq etmək kimi qanunazidd əməllərə yol verən radikal siyasi düşərgənin bu dəfəki antidövlət, antimilllət cəhdinin qarşısı alındı. Ən əsası və diqqət çəkən məqam ondan ibarət oldu ki, xalq hər zaman olduğu kimi bu dəfə də radikal siyasi düşərgənin ölkədə gərginlik yaratmaq niyyətlərinə şərik çıxmadı, onları dəstəkləmədi. Baş vermiş hadisələrə münasibət bildirən millət vəkilləri radikal siyasi düşərgənin əməllərini pisləməklə yanaşı, Azərbaycan xalqının heç bir halda onların pozuculuq əməllərinə dəstək verməyəcəyini bildiriblər.
Millət vəkili Sona Əliyeva qeyd edib ki, daxilində düşmənçilik, nifrət və böhtan kimi mənfi emosiyalarla yüklənmiş bir qrup müxalifətçi birmənalı olaraq öz riyakarlığı ilə Azərbaycan xalqını aldada, ictimai rəyi çaşdıra bilməz. Onun sözlərinə görə, siyasi xaosun yaşandığı müstəqilliyin ilk illərində hamı nələrin yaşandığını, ictimai-siyasi, sosial həyatın mürəkkəbliyini, sadə məişət preoblemlərinin həllinin belə əlçatmaz olduğunu yaxşı xatırlayır: "Yəqin ki, psixoloji immuniteti olan hər bir kəs eyni sarsıntıları bir daha yaşamaq istəməz. Bu məsələnin ən sadə reallığını ehtiva edən bir hissəsidir. Təssüf ki, özünü xaqlın təmsilçisi, sözçüsü adlandıran bir qrup şəxs bunu anlamaq istəmir, nəinki istəmir, həm də onlar kimi düşünməyən, hərəkət etməyən hər kəsə nifrət edir. Öz silahdaşlarını belə ittiham etməkdən çəkinmir, böhtan, qarayaxma kampaniyası başladır. Zaman-zaman bu nifrət özlərinin də nəzarət edə bilmədiyi kiçik qarşıdurmalara çevrilir. Təbiət qanunlarından irəli gələn təbii instinktlərinı cilovlaya bilməyən, hakimiyyətin gücün təntənəsindən formalaşdığı düşüncəsinə sahib müxalifətin yaratdığı qarşıdurmaya bir müşahidəçi qismində nəzər salaq. Çox sadə həqiqətlər isə bundan ibarətdir:
Xalqın adından danışmağı özünə rəva bilən bir qrup insan oktyabrın 19-da xalqın dəstəyini görmədi. 100-150 adam, hətta 10000-15000 adam da xalqın iradəsini ifadə edə bilməz. Ola bilər, tələbələr, gənclər, aztəminatlı insanlar arasında təbliğat aparmaqla onlar aksiyada iştiraka sövq edilir, lakin yaradılan qarşıdurmada xalqın düşüncə ifadəsini nümayiş etdirmək arzusu, heç bir elektorat tərəfindən qəbul edilməyəcək dərəcədə absurd ideya idi. Görünən və yaşanan isə budur. Xalq öz iradəsi ilə seçdiyi lideri Prezident İlham Əliyevə inanır, arxalanır". Millət vəkili bildirib ki, cəmiyyət riyakarlıqdan uzaqdır. Bu danılmazdır: "Çünki Prezidentin xalqla görüşlərində yaşanan səmimiyyət, etiraf olunan rəğbət və sevgi bəlağətsiz bir şəkildə sadə insanların simasında əks olunur . Bunu görməmək isə, yəqin özünü aldatmaqdır. Ümumiyyətlə, müxalifətin təşkil etdiyi aksiyalar xarakterinə görə xalqın maraqlarının müdafiəsi altında pərdələnən hakimiyyət davasından başqa bir şey deyil. Hakimiyyətə gəlmək arzusunun köləliyi altında, ambisiyalarının reallaşması uğrunda insanları təhlükəyə atmaq, lazım gələndə istifadə etmək, böhtan atmaq, şərləmək isə artıq vərdişə çevirlmiş ənənələrdəndir. Asayişi , insanların rahatlığını pozmaq, təhlükəyə atmaq bu isə, həm də məsuliyyət hissinin olmamasından qaynaqlanır.
Bütün dünyada olduğu kimi, təbii cəmiyyətin var olduğu müddətdə bu kimi aksiyaların olmağı labüddür, necə ki, bu həm də ictimai asayişi qorumaq üçün polisin müdaxiləsini labüd edir". Sona Əliyeva qeyd edib ki, təhlükəsizliyimizin təmini bizim qazanılmış hüququmuzdur: "Dünyanın hansı ölkəsində qanunsuz aksiyaların qarşısı alınmır? Ən inkişaf etmiş ölkələrdə belə bu normal hal sayılır. Ümid edək ki, bu qarşıdurma özünü milliyyətçi adlandıraraq, xarici mərkəzlərin maliyyəsi və təlimatları əsasında xalqı xaosa sürükləmək planının bir hissəsi deyil. Xaqlı mənfi rəyə bağlamaq, onu aqresiyaya yönəltmək özü cinayətdir. Reallıqda isə müxalifətin apardığı işin ana xəttini bu missiya təşkil edir".
Millət vəkili Sona Əliyevanın sözlərinə görə, bu gün Azərbaycan prezidentinin qətiyyəti, siyasi iradəsinin nəticəsidir ki , Azərbaycan bəzi müsəlman dövlətlərinin taleyini yaşamır: "Bizi isə xilas edən xalq və hakimiyyətin birliyidir. Adı müxalifət, özü isə hamıya müxalif olan bir qrupun siyasi mənzərəyə neqativ müdaxiləsi isə cəmiyyət üçün yersiz narahatçılıqdan başqa bir şey deyil".
Millət vəkili Aydın Hüseynov da qeyd edib ki, müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının növbəti dəfə şahdi olduq: "Onların mitinq keçirmək üçün müraciətinə cavab olaraq müvafiq yerin ayrılmasına baxmayaraq kiçik bir qrupla şəhərin mərkəzində hay-küy qoparması yolverilməz haldır.Çünki ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini, nüfuzunu durmadan artırdığını və dünya birliyində söz sahibinə çevrildiyini gözü götürməyən radikalların bu hərəkəti reallığı dərk etməmələrindən irəli gəlir. Hələ də 30 illik siyasətlərinə əsir olmaqla varlıqlarını qanunu pozmaqla diqqətə çatdırmaq fikrindədirlər.Qanun keçikçilərinin vəzifə borcuna xidmətlərini qiymətləndirir və bu cür neqativ halların bundan sonra da qanun çərçivəsində qarşısının alınacağına əminliyimizi bildiriririk".
Millət vəkili Sahib Alıyev də radikal siyasi düşərgənin cəmiyyətdə gərginlik yaratmaq cəhdini pisləyərək belə qanunsuz cəhdlərin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının nümunəvi davranışını təqdir edib. O, bildirib ki, dünyanın istənilən ölkəsində qanunsuz aksiyaların qarşısı alınır. Həm də Azərbaycandan fərqli olaraq ən sərt şəkildə: "İki çağırış Milli Məclisin deputatı olaraq sərbəst toplaşmaq azadlığıyla bağlı həm öz ölkəmizin, həm də aparıcı dövlətlərin çoxunun qanunvericliliyini nə mitinq adı altında iğtişaş təşkil etməyə çalışanlardan, nə də ən çeşidli səbəblərdən onları dəstəkləyənlərdən pis bilirəm. Avropa ölkələrində mitinq və digər aksiyaların keçirilməsinə bir halda izn verilir ki, sənaye obyektlərinin, inzibatı binaların yaxınlığında və yaşayış massivlərinin içində olmasın, onun təşkilatçıları ictimai asayişin pozulmayacağı, heç kimə və heç nəyə zərər yetirilməməsi haqda öhdəlik götürsünlər. Əks təqdirdə aksiyalara izn verilimir, cəhd olduqda dəyənək, su şırnağı, göz yaşardıcı qaz və rezin güllələrin köməyilə çox amansızlıqla onun qarşısı alınır. Ştatlar üzrə fərqlənsə də, bütövlükdə götürdükdə kütləvi aksiyaların keçirilməsiylə bağlı qanunvericilik ABŞ-da Avropadan daha sərtdir. Bunun üçün yanğınsöndürmə xidməti, nəqliyyatdan sorumlu qurumlar və polisin yazılı razılığı olmadan bələdiyyəyə gedib mitinq izni ala bilməzsən.
Bu razılıqlar olduqda belə, bələdiyyə istəsə, ən çeşidli səbəblər gətirirərk aksiyaların keçirilməsini rədd edir. İzinsiz aksiyalar isə Avropadakından da daha amansızlıqla dağıdılmaqla yanaşı, üstəlik iğtişaş kimi təsbit edilərək ora qatılanara həbs cəzaları da kəsilir. Məsələn, Nyu Yorkda iğtişaşların 3 kateqoriyası bəlirlənib. "A" kateqoriyası iğtişaşın o növüdür ki, burada 5 və daha çox adam icitimai asayişi pozmağa qalxırlar. Belələri bir ii həbsə atıla bilərlər. Sadəcə iznsiz kütləvi aksiya keçirilməsinə görə 3 ayadək iş kəsilir. Bu "B" kateqoriyasına aid iğtişaş kimi qiymətləndirilir. Bir də var kimlərəsə maddi zərər və fiziki xətər yetirilən "E" kateqoriyasına aid olunan iğtişaşlar. Belə iğtişaşların təşkilatçılarını və fəallarını düz beş ilədək həbs gözləyir". Sahib Alıyev deyib ki, Fransada və İspaniyada mitinqə çıxanlarla polisin necə davrandığının son günlər şahid olduq: "Söhbət İspaniyadan gedirsə, vurğulayım ki, bu cür davranış sadəcə separatçılara qarşı tətbiq edilmir. Xatırlayıram, 2012-ci ildə İspaniyanın rüşvətxorluqda suçlandırlan keçmiş Baş nazirinin istefası tələbiylə aksiya keçiriləndə də polis eyni davranışı göstərmiş, onlara qarşı gözyaşardıcı qaz, su şirnağı rezin güllələr və təbii ki dəyənəkdən istifadə etmişdi. Amerika Bİrləşmiş Ştatlarında 2011-ci ildə Ulolt Stritdə, 2014-cü ildə Ferqüssonda polisin Milli Qavardiya ilə birgə aksiyaçılara necə divan tutduqlarını yəqin xatırlayanlar var. O sıradan cəmisi üç il bundan öncə Donald Trampın istefası tələbiylə keçirilən aksiyaların necə dağıdıldığını da.
Eyni amansız davranış demokratkliyinə kimsənin şübhə etmədiyi digər ölkələrin də təcrübəsində var. Onlar aksiyaçıların üzərinə at və it yeritməkdən də çəkinmirlər. Sonuncu dəfə belə bir olay iki ay yarım bundan öncə Londonda baş verdi. Məhkəmənin gedişindən iznsiz reportaj hazırladığıa görə həbsə atılan jurnalist Tommi Robsonun tərəfdarlarının keçirdikləri etiraz aksiyası atlı polis alayının köməyilə dağıdıldı. Onlarla adam tutulub saxlandı. Yəni burada demokratik sayılan ölkələrin təcrübəsindən yüzlərlə bu cür misallar gətirmək olar. Ona görə də irad bildirənlər nəsə deməmişdən yaxşı olar ki, o təcrübələri də yada salsınlar. Və bir də oturub düşünsünlər ki, bu Əli Kərimli və Milli Şuradakılar Prezident İlham Əliyevin yanında keçirilən, cəmiyyətdə böyük, eyni zamanda da çox müsbət reaksiya doğruan müşavirədən sonra qanunsuz mitinq təşkil etməkdə nə məqsəd güdürdülər. Cənab İlham Əliyev aparılan islahatların dərinləşəcəyinin, şəffaflığın artacağının, korrupsiya və rüşvətxorluğunun kökünün kəsilməsi üçün daha təsirli addımlar atılacağının və bunu gələn il hər bir vətəndaşın öz dolanışığında hiss edəcəyinin anonsunu verir, islahatları tormozlamağa çalışan məmurlarla yollarının ayrılacağını deyirdi. Qanunsuz mitinq keçirməyə cəhd edənlərin istəkləri nədir? Atılan və atılacaq bu addımlar onları narahat edir, yoxsa rüşvətxor məmurların tutduqları vəzifələrdən uzaqlaşdırılması?".
Politoloq Yeganə Hacıyeva isə baş verən hadisələrə münasibət bildirərkən qeyd edib ki, oktyabrın 19-da Azərbaycan vərəndaşına bir daha aydın oldu ki, müxtəlif formasiyalar keçsə də 90-ların müxalifətinin əsl üzü cəmiyyət və ən əsası dövlətlə konfrantasiya təmayüllüdür: "Bu illər ərzində yerli, xarici, beynəlxalq təşkılatlarin bu qədər təlimi, maarifləndirmə kurslar və s.heç nəyə yaramayıb. Bu 26 il ərzində şüarları belə dəyişməyib. Mitinqdə təşkilatçısının şəxsi qisasçılıq motivlərini bu qədər qabartmasını ona daxildə və xaricdə loyal qrupları, ən əsası isə sifarişçilərini məyus etdi. Onun isterik dağıdıcı çıxışından sonra qarşı tərəf sabitlik, huzur, əmin amanlıq ünvanı kimi bir daha təsdiqləndi. Və ən əsası oktyabrın 19-da küçədə şəxsən Əli Kərimli iflas etdi. Məhz oktyabrın 19-dan müxalif, şübhəli, mühacir, radikal səhifələrin böyük böyük "xalqın lideri oldu" mesajının arxasında da bu iflasın etirafı durur. Daxili, xarici provokator qrupları öz vəzifə borcunu yerinə yetirən Azərbaycan Polisi məyus etdi. Ən əsası polisin Əli Kərimliyə qarşı münasibəti onun iki gün öncə polisi itaətsizliyə çağırmasına cavab idi. Bu gün Azərbaycan polisi AXC hakimiyyətinin vətəndaşlardan öncə Bakıya qaçan polis deyil".
Süleyman
Olaylar.az