Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 2019 13:00 SiyasətÇin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki,
səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan "Poly Technologies" və "CETC International" şirkətlərinin nümayəndələri ilə görüşüb.
Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31